4G texnologiyalı 12 dollarlıq telefon satışa çıxarıldı – FOTO

Hindistanda 4G texnologiyası ilə təmin olunmuş telefon 12 dollara satışa çıxarılıb.

Yenicag.az CNBC-yə istinadən xəbər verir ki, Hindistanın “Reliance Industries” şirkətinin telekommunikasiya qolu olan “Jio Platforms” tərəfindən satışa çıxarılan “Jio Bharat” adlı telefon “non-smartphone” (ağıllı olmayan) kimi dəyərləndirilir.

Şirkət sözügedən telefonun istehsalında məqsədin Hindistanın ən ucqar bölgələrində 2G istifadəçilərini müasir texnologiya və sürətli internetlə təmin etməkdən ibarət olduğunu bildirib.