Gəncədə zəncirvari qəza baş verib.
Şəhərin Sadıx Rəhimov küçəsində “VAZ-21012” və “VAZ21099” markalı avtomobillər toqquşub. Zərbənin gücündən həmin avtomobillər yolun kənarında dayanan “QAZ-24”, “Hyundai Sonata” və “QAZel” markalı maşınlara çırpılıb. Hadisədə 1936-cı il təvəllüdlü Yusif Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.(APA)