!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

5-ci mərtəbədən yıxılaraq öldü - Daşkəsəndə

!Reklam – Yazi

Daşkəsən sakini hündürlükdən yıxılaraq ölüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Daşkəsən şəhəri Nizami küçəsində yerləşən bina 18-də qeydə alınıb.

Həmin binanın beşinci mərtəbəsində yaşayan 1973-cü il təvəllüdlü Bayramov Ramiz Nadir oğlu evin eyvanında olarkən oradan yerə yıxılıb. Ağır bədən xəsarətləri alan 45 yaşlı kişi xəstəxanaya aparılarkən yolda ölüb.

R.Bayramovun həyat yoldaşının deməsinə görə əri baş ağrısından əziyyət çəkdiyi üçün ondan dərman istəyib. Otağa dərman üçün gedən qadın qayıdanda ərinin eyvandan yıxıldığını görüb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

7291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv