5 deputata cinayət işi açılacaq: DİN bəyanat yaydı

Polşa-Ukrayna sərhədini qanunsuz keçdiyi bildirilən Mixeil Saakaşvilini müşayiət edən deputatların adları açıqlanıb.

Yenicag.az Ukrayna mediasına istinadən xəbər verir ki, ölkə Daxili İşlər Nazirliyi (DİN) Kollegiyasının üzvü Anton Geraşenko deputat toxunulmazlığının konkret cinayət əməli zamanı keçərsiz olduğunu bəyan edib.

Məlumata görə, Saakaşvili ilə birlikdə Polşa-Ukrayna sərhədini pasport nəzarəti aparılmadan keçən deputatlar bunlardır:

1.Yuliya Timoşenko
2. Sergey Vlasenko
3. Yuri Derevyanko
4. Pavel Kostenko
5. Dmitri Dobrodomov

Onlardan başqa, Ukrayna Təhlükəsizlik Şurasının sabiq katibi Valentin Nalivayçenko da Saakaşvili ilə birlikdə sərhəd pozuculuğunda ittiham olunur.

Geraşenkonun sözlərinə görə, hazırda sərhədi qanunsuz keçən bütün şəxslərin müəyyən edilərək, məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

 

COP29