5 dövlət başçısı Yerevanda toplaşır

ODKB1476168897Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Yerevana səfər edəcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Kollektiv Təhlükəsizlik Şurasının dövlət başçılarının iclasına qatılmaq üçün bu ölkəyə gedəcək.

Xatırladaq ki, oktyabrın 14-də Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentlərinin iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası baş tutacaq. İclasda Seyran Ohanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi seçiləcəyi gözlənilir.