5 gündə 28 paytaxt sakinini gün vurdu

İyunun 30-dan iyulun 5-dək 28 nəfəri gün vurub.

Bu barədə “Report”a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Günvurma zamanı 6 nəfərə yerində yardım göstərilib. Onlardan 1-i uşaq olub. Eyni zamanda 3 nəfər hospitalizasiya olunub, uşaq hospitalizasiyası qeydə alınmayıb.