5 il ərzində gözlənilən inflyasiya proqnozu açıqlandı

Beynəlxalq Valyuta Fondu (IMF) “Global Economic Outlook” hesabatının oktyabr sayını geniş ictimaiyyətə təqdim edib.

Yenicag.az-ın məlumatına görə, hesabatda Azərbaycanda iqtisadi artımla bağlı proqnozlar da yer alıb. Fondun ekspertlərinin proqnozlarına görə, bu il Azərbaycanda 2,7 faizlik, 2020-ci ildə isə 2,1 faizlik iqtisadi inkişaf olacaq. Hesabata görə, ölkəmizdə ötən il ÜDM artımı 1 faiz civarında olsa da, 2024-cü ildə 2,4 faizə bərabər olacaq.

İstehlak qiymətlərinə gəldikdə isə IMF Azərbaycanda bu il 2,8, 2020-ci və 2024-cü illərdə isə 3 faizlik inflyasiya proqnozlaşdırır. Ötən il isə bu rəqəm 2,3 faizə bərabər olub.

IMF həmçinin cari hesab balansı və işsizliklə bağlı proqnozlarını da açıqlayıb. Belə ki, 2018-2020-ci illərdə işsizlik səviyyəsi dəyişməyərək 5 faiz səviyyəsində qeyd olunub. Cari hesab balansı isə 2018-ci ildə 12,9 faiz olduğu halda, bu il 9,7 faiz, 2020-ci ildə 10 faizə, 2024-cü ildə isə 7,6 faizə bərabər olacaq.

COP29