5 il əvvəl terror hücumuna məruz qalan Türk əsgəri şəhid oldu

Türkiyə Silahlı Qüvvələri şəhid verib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hərbçi İsmet Eraslan müalicə olunduğu xəstəxanada vəfat edib.

O, 2018-ci ildə PKK terrorçularının həyata keçirdiyi bombalı hücum nəticəsində yaralanaraq qazi olmuşdu.