5 manat borca görə həmyerlisini bıçaqladı

Ağstafada bıçaqlanma hadisəsi qeydə alınıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, rayon sakini Elton Rzayevin həmyerlisi Elçin Musayevə 5 manat pul borcu olub. Onlar arasında borc üstündə mübahisə baş verib. Mübahisə sonda davaya çevrilib və E.Musayev həmyerlisini bıçaqlayıb.

Maraqlıdır ki, bu barədə yayılan ilkin xəbərlərdə E.Rzayevin bədbəxt hadisə nəticəsində ağır xəsarət aldığı bildirilirdi. Belə ki, 1993-cü il təvəllüdlü Rzayev Elton Natiq oğlunun evində təmir aparan zaman yıxılaraq bədəninə armatur girdiyi iddia edilib.

Lakin çox keçmədən onun bıçaqlandığı məlum olub. E.Rzayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən rayonun Poylu kənd sakini, 1994-cü il təvəllüdlü Elçin Musayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

COP29