Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

5 nazirlik ləğv edilir - daxili işlər nazirinə yol göründü

Gürcüstanda 5 nazirlik ləğv ediləcək.

Yenicag.az xəbər verir ki, bu barədə şimal-qərb qonşu mətbuatı məlumat yayıb.

İddiaya görə, hökumətin tərkibində struktur dəyişiklikləri nəticəsində İqtisadiyyat ilə Energetika, Mədəniyyət ilə İdman, Kənd Təsərrüfatı ilə Ətraf Mühit nazirlikləri birləşdiriləcək. İqtisadiyyat və Energetika nazirlikləri birləşdirildikdən sonra quruma hazırki maliyyə naziri Dmitri Kumsişvilinin rəhbərlik edəcəyi bildirilir. Bundan başqa daxili işlər naziri Qeorqi Mqebrişvili ilə elm və təhsil naziri Aleksandr Cecelavanın da tutduqları vəzifələrdən uzaqlaşdırılacağı da Gürcüstan mətbuatında qeyd olunub. DİN-in yeni rəhbərinin isə iqtisadiyyat naziri Qeorqi Qaxariya olacağı gözlənilir.

Qeyd edək ki, hazırda Gürcüstanda 18 nazirlik fəaliyyət göstərir.

www.yenicag.az

7590
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM