5 nazirlik “Mavi balina” oyununa qarşı birləşdi

Türkiyədə beş nazirlik zərərli onlayn oyunlara qarşı birləşir.

Yenicag.az-ın məlumatına görə, ölkənin Daxili İşlər, Nəqliyyat və İnfrastruktur, Əmək, Sosial Xidmətlər və Ailə, Gənclər və İdman, eləcə də Milli Təhsil Nazirlikləri “Təhlükəsiz internet, təhlükəsiz gələcək” adlı protokol imzalayıb.

Bu əməkdaşlıq “Momo”, “Mavi balina” və digər zərərli onlayn oyunlarla mübarizəni nəzərdə tutur.

Qeyd edək ki, Rusiyada yaranmış “Mavi balina” oyunu bütün dünyada 100-dən çox yeniyetmənin intihar etməsinə səbəb olub./Trend/