Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

5 nəfəri meşədə güllələyib öldürdülər

94f0ec33071b84e9f319f10b7fc1cc9bDağıstanın Süleyman-Stal rayonunda meşə massivində iki gündə beş yerli sakinin meyiti tapılıb.

Yenicag.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından bildirilib ki, sentyabrın 18-də iki yerli ovçu Rayon Polis Şöbəsinə müraciət edərək, meşədə iki yoldaşlarının itkin düşdüyü barədə xəbər veriblər.

Axtarışlar zamanı həmin gün üç başqa şəxsin meyiti tapılıb. Əlləri bağlı şəkildə aşkarlanan şəxslərin güllələndikləri məlum olub.

İtkin düşmüş iki ovçunun meyiti isə güllə yaraları ilə sentyabrın 19-da meşədə tapılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə qətlləri Dağıstanın cənubunda fəaliyyət göstərən yaraqlıların törətdiyindən şübhələndiklərini bildirib.

Qeyd edək ki, sentyabrın 9-da Dağıstanın Xasavyurt rayonunda məscidin imamı Kuruş Maqomed Xıdırov da öldürülüb. İstintaqın versiyasına görə, qətl Xıdırovun dini fəaliyyəti ilə bağlı ola bilər.

Loading...

www.yenicag.az

317
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100