Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxsin məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Yenicag.az-ın məlumatına görə, təqsirləndirilən şəxs Məmməd Əmiraslan oğlu Ağakişiyevin şəxsi anket məlumatları dəqiqləşdirilib. Qeyd edək ki, təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Sonra 5 nəfər zərərçəkənin və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxs ittiham aktını almadığı üçün məhkəmə prosesi 16 sentyabr tarixinə kimi təxirə salınıb.
İttiham aktına görə, Məmməd Ağakişiyev 5 nəfərə dələduzluq yolu ilə Nardaran kəndi ərazisində torpaq satıb və onların 186 min manat pulunu alıb. Zərərçəkənlərin 2-si Qarabağ qazisidir. Məmməd Ağakişiyev cinayət işi başlayana kimi Kürdəxanı bələdiyyəsində şöbə müdiri olub./unikal