5 otaqlı ev külə döndü

Yevlaxda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildiriblər ki, hadisə rayonun Balçılı kəndində ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı evdə qeydə alınıb. Nəticədə ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.