5 otaqlı ev yandı

yangin esas edfvgtfy61Saatlı rayonunda yanğın hadisəsi baş verib.

Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, rayonun Azadkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.