5 saat avtobusda qalan 3 yaşlı uşaq ÖLDÜ – FOTO

Yaponiyada 5 saata yaxın uşaq bağçasına məxsus avtobusda unudulan 3 yaşlı qız istidən dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, hadisə  Makinohara şəhərində qeydə alınıb. Belə ki, 6 şagird və müdirin olduğu avtobusda azyaşlı yaddan çıxıb.

Təqribən 5 saat sonra avtobusa qayıdan şagirdlər 3 yaşlı qızı avtomobildə huşsuz vəziyyətdə tapıblar. Yüksək hərarət əlamətləri ilə xəstəxanaya çatdırılan qızı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

3 yaşlı qızın istidən öldüyü bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır. /Unikal/