5 ton avtomobil ehtiyat hissələri yandı

Fövqəladə Hallar Nazirliyi Bakının Binəqədi rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Yenicag.az nazirliyin saytına istinadən məlumatına görə, ümumi sahəsi 476 kv.m olan ikimərtəbəli evin (hazırda yaşayış yoxdur) dam örtüyünün yanar konstruksiyaları 238 kv.m sahədə və mansardasına yığılmış 5 ton avtomobil ehtiyat hissələri yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

COP29