5 uşağını öldürüb intihara cəhd etdi: 16 il sonra evtanaziya ilə həyatını sonlandırdı – FOTO

2007-ci ildə 5 uşağını öldürüb intihara cəhd edən qadın 16 il sonra evtanaziya ilə həyatını sonlandırıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Belçikada 2007-ci ildə əri evdə olmayanda psixolojik problemlərinə görə 3-15 yaş arasındakı 5 uşağını öldürdükdən sonra intihar etsə də, sağ qalan Geneviyeve Lermitte adlı qadına 2008-ci ildə ömürlük həbs cəzası verilmişdi.

Lermitte 16 il sonra “ruhi əzab” çəkdiyini əsas gətirərək evtanaziya haqqından istifadə etmək istəyib.

Tələbi qəbul edilən 56 yaşlı qadının həyatı sonlandırılıb.