5 uşaqlı evdə yanğın: 2-si öldü, 3-ü yaralandı – FOTOLAR

5 uşaqlı evdə baş verən yanğın faciəyə səbəb olub.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin İsparta şəhərində baş verib. Yanğın zamanı evdə 5 uşaq olub, onların anaları bazarda, ataları isə işdə olub. Qonşular yanğınsöndürənləri və təcili yardımı hadisə yerinə çağırıblar. Xəstəxanaya aparılan uşaqlardan 2-si həyatını itirib, digər 3-ü isə müxtəlif bədən xəsarətləri alıblar.

Qeyd edək ki, uşaqların valideynləri arasında rəsmi nikahın olmadığı bildirilib.