!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“5 və ya 7 rayon azad olunacaq”

!Reklam – Yazi

qarabagZərdüşt Əlizadə: “Belə qətnamələrin heç birinin münaqişənin həllinə hansısa bir təsiri yoxdur və gözdən pərdə asmaq üçün oynanılan çirkin oyundur”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində “Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri” qətnaməsi qəbul edilib. Lakin burada müzakirəyə çıxarılan ikinci məsələ, “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” ilə bağlı verilən qətnamə isə qəbul edilmədi.

Bu məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi ki AŞ PA-da və ya digər beynəlxalq təşkilatlarda qəbul edilən və ya qəbul edilməyən bu kimi qətnamələrin Dağlıq Qarabağın azad edilməsi prosesinə zərrə qədər də olsa təsiri yoxdur: “Azərbaycan və erməni xalqlarını aldatmaq üçün hökumətlər guya ki, diplomatiya sahəsində şıdırğı mübarizə aparırlar. Biri erməni xalqına sevinclə xəbər verir ki, ABŞ-ın Rod-Alyend ştatı erməni “soyqırımını” tanıyıb. Erməni xalqı da bundan valeh olur,sevinir. Azərbaycanda da AŞ PA-da qəbul edilən Sərsəng su anbarına görə ətraf Azərbaycan rayonlarının sussuz qalması qətnaməsi böyük tarixi qələbə kmi qələmə verilir.

Amma onların heç birinin münaqişənin həllinə heç bir təsiri yoxdur. Bu gözdən pərdə asmaq, xalqları qəflətdə saxlamaq üçün oynanılan çirkin bir siyasi oyundur. Qarabağ məsələsini həll etmək istəyirlərsə, oturub gerçək güzəştli dinc həll yollarını müzakirə etməlidirlər. Amma bunu etmirlər. Çünki, hər iki hökumətin Qarabağ məsələsində ağası Rusiyadır. Rusiya isə bu qarmağı keçirib hər iki dövlətin qabırğasının altına və Kremlin divarından asıb, beləcə məsələni unudub. Ona görə də 5 və ya 7 rayon azad olunacaq, Lavrovun planı var kimi sözlərin heç bir real əsası yoxdur. Rusiya Qarabağ məsələsilə maraqlanmır. Moskva sadəcə olaraq, Ermənistana pulsuz, Azərbaycana isə ikiqat qiymətinə silah satıb, bu biznesini genişləndirməklə məşğuldur. Hazırda hamının başı “dolanışığa” qarışıb, hamı “qarnını güdür”. Heç kəs Vətəni, millətini, gələcəyini, tərəqqini fikirləşmir”.

ELÇİN

www.yenicag.az

731
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv