Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

5 yaşlı Nuray yanaraq ölüb

75605Bu gün saat 11 radələrində İsmayıllı rayonunda dəhşətli yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın Kürdmaşı kəndində Mirzə Usubova məxsus evdə qeydə alınıb.

Hadisə yerinə 5 yanğınsöndürən maşın, xilasedicilər və həkimlər cəlb olunub.

Baş verən yanğının söndürülməsi üçün əraziyə İsmayıllı və Göyçay yanğından mühafizə hissələrindən 3 maşın və canlı qüvvə cəlb olunub. Hazırda yanğın davam edir və yanğınsöndürənlər hadisə yerində işləyirlər.

Yanğın nəticəsində ev sahibinin 5 yaşlı qızı Nuray yanaraq ölüb.

Çətinliklə də olsa alovun qarşısı alınıb. Yanğın nəticəsində ev tama külə dönüb.

İlkin ehtimala görə, hadisə elektrik qısaqapanması nəticəsində qeydə alınıb.

Lakin hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

(anspress.com)

www.yenicag.az

304