!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

5 yaşlı qızın manyak qatilinə ömürlük həbs – BAKIDA

!Reklam – Yazi

photo_51027Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızı zorlayıb öldürməkdə təqsirləndirilən Pirallahı rayon sakini, 1983-cü il təvəllüdlü Çernov Yakov Viktoroviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Çernov Yakov Viktoroviç ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il may ayının 28-də baş verib. Pirallahı rayonunda itkin düşmüş 5 yaşlı qızın meyiti tapılıb. Onun meyiti elə yaşadığı məhlədən, qonşularının həyətində aşkarlanıb. Qızın elə həmin həyətdə yaşayan qonşusu 1983-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç tərəfindən qətlə yetirildiyi bildirilib. Daha sonra məlum olub ki, Çernov Yakov qonşuluqda yaşayan 5 yaşlı Ə.N.-nı ( ad şərtidir) həyətdə tək oynadığını görüb. Onun yanına gələrək, qıza dondurma verəcəyini vəd edərək, yaşadığı mənzilin ikinci mərtəbəsinə qaldırıb. Ç.Yakov 5 yaşlı qızla təbii və qeyri-təbii yolla cinsi əlaqə olub. Təqsirləndirilən şəxs qonşuların həyətdə səsini eşitdiyini görərək Ə.N.-nı birinci məftillə boğmağa başlayıb. Buna nail ola bilməyən Çernov əli ilə qızın nəfəs borusunu tutaraq boğub. Qatil qızı xalçaya bükərək, axşamın düşməsini gözləyib. Onun məqsədi qızı həyətdə basdırmaq olub. Polis əməkdaşları hadisədən şübhəli olan Çernovun evində axtarış edib. Bu zaman qızın atası həyətdə bükülmüş palaz görüb. Beləliklə, şübhəyə düşən ata qızının zorakılıq əlaməti olan meyitini aşkarlayıb.

Ç.Yakov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) 150.3.3 (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham olunub(virtualaz)

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv