5 yaşlı qızın Santa Klausa yazdığı məktub tapıldı – 120 il sonra

Yeni il və Milad bayramlarının əvəzolunmaz rəmzi sayılan Santa Klausa XIX əsrin sonlarında yazılmış məktub aşkar edilib.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, məktub 1898-ci il dekabrın 2-də Böyük Britaniyanın cənubunda yerləşən İstbörn şəhərində yaşayan 5 yaşlı Mercori adlı qız tərəfindən yazılıb.

Mercori Santa Klausa yazdığı məktubda ondan hədiyyə olaraq oyuncaq ördək və toyuq cücələri, corab, saç lenti və pişiyi Kittikins üçün top gətirməsini xahiş edib.

Maraqlıdır ki, məktub bu müddət ərzində bir kitabın arasında saxlanılıb və həmin kitab xeyriyyə məqsədilə satılmaq üçün mağazaya veriləndə tapılıb.

120 illik məktub Kenterberi şəhərindəki oyuncaq mağazasının vitrininə yerləşdirilib.