50 aptekdə planlı yoxlama aparıldı, nöqsanlar aşkarlandı

2024-cü ilin aprel ayı ərzində Bakı şəhəri üzrə 15, respublikanın digər şəhər və rayonlarında isə 35 aptek olmaqla, ümumilikdə 50 aptekdə planlı yoxlama aparılıb.

Bu barədə Yenicag.az-a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Yoxlamalar zamanı 7 aptekdə nöqsan aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3 maddələri üzrə protokollar tərtib edilib.

COP29