!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“50 manata toylara gedirdim”

!Reklam – Yazi

nazi“Aşıq Zülfiyyə məni 50 manata toylara aparırdı”. Bu sözlər şairə Nazilə Səfərliyə məxsusdur.

Şairə xanım “Bazar səhəri” verilişində etiraflar edib. Aparıcı Rövşanə Ağasəfqızının, “necə oldu ki, pul qazanmağa başladız?” sualına cavab verərkən şairə maraqlı etiraflar edib.

“Əvvəlcə restoranlarda şou-proqramlarda şeir demişəm. Sevgi şeirləri səsləndirdiyimdəm çox utanırdım ilk günlər. Üzümü gizlədirdim ki, qonaqlar məni görməsin. Sonra yavaş-yavaş qonaqlara isinişdikdən sonra səhnədə görünməyə başladım. Hətta qonaqlar mənə pul da göndərirdilər. Sonra toylara getdim. İlk dəfə Aşıq Zülfiyyə məni toylara aparıb. 50 manata toy məclislərinə aparırdı məni. Əvvəlcə tərəddüd etdim, qorxurdum ki, bacarmaram. Amma düşündüm ki, başqası bacarırsa, mən niyə bacarmayım!? Sözün düzü, el şənliklərinə, xınayaxdılara ehtiyacım olduğu üçün getmişəm, nə yalan deyim?!”

Qadın məclislərində tamadalıq edən Nazilə Səfərli, aşıq Zülfiyyənin bu yaxşılığını heç vaxt unurtmadığını, hər zaman, hər yerdə qeyd etdiyini söyləyib: “Toy sahibi Zülfiyyə xanıma “O, qadındır, necə idarə edəcək toyu?!” deyə soruşduqda, Zülfiyyə xanım həmişə “O bacaracaq. Əgər xoşunuza gəlməsə mənim pulumdan kəsərsiz” deyərdi. Yəni kəfil dururdu mənə. İndi də hara getsəm Zülfiyyənin izini görürəm”.

(topnews.az)

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv