50 yaşlı kişi özünü xəstəxana binasından atdı – Balakəndə

intihargBalakəndə intihara cəhd olub.

Yenicag.az Apa-ya istinadən xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, bu gün saat 14.30 radələrində Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov 2-ci mərtəbədən özünü atıb.

Xəstəxanadan bildirilib ki, Z. Hudulov dərhal əməliyyat edilib, vəziyyəti ağırdır.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.