Lənkəranda 50 yaşlı qadın təndirdə yanaraq ölüb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağıtəngivan kəndində baş verib. Kənd sakini Böyükxanım Talıb qızı Əliyeva təndirdə çörək bişirərkən ora yıxılıb.
B. Əliyeva aldığı yanıq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.