“Bakı Metropoliteni” QSC gələn il yeni stansiyalarının açılışı, həm də vaqon parkının yenilənməsi ilə əlaqədar 50 yeni vaqon alacaq.
Yenicag.az xəbər verir ki, bunu qurumun istismar üzrə baş mühəndisi Əlixan Osmanov metro işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu vaqonların 20-si (4 qatar) yeni tikilmiş xətlərəd, 30-u (6 qatar) isə köhnə xətlərdə istismar ediləcək.
“Yeni vaqonlar Rusiyanın “Metrovaqonmaş” şirkətinin istehsalı olacaq”, – deyə Ə.Osmanov qeyd edib./Report/