51 yaşlı aktrisa övladlığa uşaq götürdü

143321Məşhur Hollivud ulduzu Sandra Bullok daha bir uşağı övladlığa götürüb.

51 yaşlı aktrisa bu dəfə qız uşağını övladlığa götürüb.

Uşaq artıq aktrisanın evindədir və Bullok zaman-zaman onunla birgə ictimaiyyət arasına çıxır.

Sandra Bullok “People” jurnalının dünyanın ən gözəl qadını seçdiyi məşhur amerikalı aktrisadır. 51 yaşlı aktrisa 2010-cu ildə Yeni Orlean şəhərində yerləşən uşaqlar evindən Luis adlı uşağı övladlığa götürüb.

Oğlu barədə danışan aktrisa bildirir: “O, idealdır. Mənə elə gəlir ki, o, həmişə mənim həyatımda olub. Bundan sonra onun üçün yaşayacağam”.