Çanaqqala Barış Zirvəsi – Aqil Ələsgər İstanbuldan yazır – Yenilənib – 5

 

11134206_10205503888549354_88797611_n

 

 

İstanbul Kongress Mərkəzində keçirilən Çanaqqala Zəfərinin 100-cü il dönümünə həsr olunmuş İstanbul Barış Zirvəsində Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Çıxışında Çanaqqalada döyüşən şəhərlər arasında Bakıya da salam göndərən Ərdoğan “Türkiyəyə qarşı Birinci Dünya Savaşı üstüörtülü şəkildə davam edir. Dünya beşdən çox böyükdür və  insanlığın qədəri bir-iki ölkənin dodağı arasında olmamalıdır”.

Suriyada, İraqda və Yəməndə olan hadisələrə də diqqət çəkən Ərdoğan “DEAŞ (İŞİD) ilə silahlı mübarizədən başqa yol yoxdur. Bu örgütün islama aidiyyatı yoxdir” dedi.

Kırım məsələsinə də toxunan Ərdoğan Donetskidə yaşananların dost Ukraynaya qarşı bir təcavüz olduğunu irəli sürdü.

Arxivləri açmaq mövzusunda isə Türkiyə prezidenti “Avropa bizdən arxivləri açmağı tələb edir. Mənim əcdadım zalım deyildir. Ona görə, də hətta hərbi arxivləri də açmağa hazırıq. Ermənistan və üçüncü ölkələr də əllərində nə varsa, ortaya qoysunlar. Ermənilər üçün ağlayanlar həmin dönəmdə şəhid olan dörd milyon müsəlmanı da unutmasınlar”.

***

 

11168986_10205503219172620_1600340678_n

 

Bu gün İstanbul Kongress Mərkəzində keçirilən Çanaqqala Zəfərinin 100-cü il dönümünə həsr olunmuş İstanbul Barış Zirvəsinin ikinci-rəsmi hissəsi başlayıb. Rəsmi hissədə Türkiyənin baş naziri Əhməd Davudoğlu, Avstraliya baş naziri Tonny Abbott, Yeni Zenlandiya baş naziri Con Key, İraq prezidenti Fuad Masum, Azərbaycan baş nazirinin müavini Əli Əhmədov və bir çox dövlətin nümayəndələri qatılıblar.

11122345_10205503212052442_568415860_nDavudoğlu sözlərinə “Keşkə dünyada heç savaş olmasaydı” deyərək, başladı və qeyd etdi ki, “Çanaqqalada savaşanlar bir dastan yazdılar. Çanaqqala qəhrəmancasına, həm də centlmencəsinə bir savaş idi. Hər iki tərəf əxlaq çərçivəsində savaşdılar. Təəssüf ki, Birinci Dünya Savaşında qışqırdıcı rol oynayanlar yenidən ortalığı qarışdırmaq istəyir. Biz buna imkan verə bilmərik” söylədi.

***

Bu gün İstanbul Kongress Mərkəzində Çanaqqala Zəfərinin 100-cü il dönümünə həsr olunmuş İstanbul Barış Zirvəsi öz işinə başlayıb. Azərbaycandan Zirvəyə qatılan Yenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgərin verdiyi məlumata görə, Zirvənin ilk tədbiri-Akademik Panel artıq başlayıb.

11156885_10205501577491579_1808377709_nTürkiyə Xarici İşlər Nazirliyinin səfiri Altay Çengizerin moderatorluq etdiyi paneldə Kembric Universitetinin professoru Xristofer Klark, Princeton Universitetinin Yaxın Şərq Çalışmaları Proqramı başqanı Şükrü Hanoğlu, Avropa Şurası baş katibi Thorbjorn Jagland, Oksford Universitetinin professoru Margaret MacMillan və digər elm xadimləri məruzə ilə çıxış edirlər.

Azərbaycandan millət vəkilləri Yaqub Mahmudov, Nizami Cəfərov və elm adamları Akademik Panelə qatılıblar.

11173672_10205503221092668_1852352686_n***

Günortadan sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu başqanlığında yeni panel işə başlayacaq.

***

Axşam isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sərgi və konfrans öz işinə başlaycaq.


11157915_10205501576971566_1071775253_n 11185770_10205501577571581_257596183_n 11185870_10205501577091569_1626017757_n

 

11125334_10205503221772685_1986071522_n 11185742_10205503221532679_804222463_n

COP29