!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

52 heyət ilə 51 il əvvəl yoxa çıxmış sualtı qayıq tapıldı

!Reklam – Yazi

Fransa Müdafiə Nazirliyinin təşkil etdiyi axtarış qrupu 51 il əvvəl yoxa çıxmış fransız sualtı qayığını tapıb.

Yenicag.az xəbər verir ki, bu məlumatı Fransanın Müdafiə naziri Florens Parli özünün Twitter səhifəsində yayıb. O, hərbi sualtı qayığın tapıldığı yerin relyefini və texniki xarakteristikasını da paylaşıb.

Qeyd olunub ki, 1968-ci ilin yanvarında Fransanın cənubundakı Tulon limanının yaxınlığında yoxa çıxan “Minevre” adlanan bu sualtı qayığın göyərtəsində 52 dənizçi olub. Onun axtarışı uzun illər davam edib, lakin heç bir nəticə verməyib. Bu ilin əvvəlində xanım Parli sualtı qayığın axtarışının yenidən başlanacağı barədə bəyanat verib və itkin düşmüş dənizçilərin ailələrini də bu prosesdə iştirak etməyə dəvət edib. O, iyulun 22-də özünün Twitter səhifəsində yazıb: “Biz indicə “Minevre”nin tapılması xəbərini aldıq. Bu, böyük uğurdur. Düşünürəm ki, bu, itkin düşmüş dənizçilərin uzun illərdir yaxınlarını gözləyən ailələri üçün də mühüm xəbərdir”.

Nazirin məlumatına görə, axtarış qrupu yeni texnologiyaların köməyi ilə sualtı qayığın qəzaya uğradığı yerin ətrafındakı əraziləri təhlil edib. ABŞ-ın “Ocean Discovery” şirkətinə məxsus olan sualtı gəminin köməyi ilə axtarışlara başlanılıb. Yoxa çıxmış sualtı qayıq Tulon limanından 45 kilometr aralıda 2,370 metr məsafədə aşkar olunub./AZƏRTAC/

www.yenicag.az

791
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv