52 yaşlı qadını qatar vurdu

Ağstafada qadın bədbəxt hadisə nəticəsində ölüb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində baş verib. Rayon sakini, 1970-ci il təvəllüdlü Mətanət Əliyeva mal qaranı dəmir yol xəttinin üzərindən keçirən zaman qatar onu vurub. Qadın hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.