Reklam: High Technic
hightechnic

53 yaşlı cazibədar məşhura vurulan evli müğənni: “Onunla sevgili olardım”

Müğənni Emil Bədəlovun bu açıqlamasından sonra ailəsinə söz-söhbət düşməsə yaxşıdır.

Yenicag.az-a açıqlama verən müğənni cazibədarlığı ilə kişilərin ağlını başından alan 53 yaşlı dünya ulduzu, aktrisa Monika Belluçiyə aşiq olduğunu və onunla eyni filmdə rol almaq arzusunu dilə gətirib:

“Həm sənətinə, həm də gözəlliyinə görə Monika Belluçini çox sevirəm. Cazıbədar qadın, mükəmməl aktrisadır. Böyük məmnuniyyətlə, Monika ilə eyni filmdə çəkilər, onunla sevgili olardım. Buna görə evdə söz-söhbəti də gözə almışam. Aramızdakı yaş fərqi də məni maraqlandırmır, çünki Belluçi işini bilən qadındır”.

Hazırda “Lal yuxu” filminə çəkildiyini deyən Emil eyni vaxtda həm müğənni, həm də aktyor kimi fəaliyyət göstərməyin çətinliklərindən də danışıb:

“Hazırda “Lal yuxu” filmində çəkilirəm. Bundan öncə, “Sənin deyil” serialı və “Mən evə qayıdıram” filmində rol aldım. İki işlə eyni vaxtda məşğul olmaq çox çətindir”.

Cəvahir
Foto: Cəmalə

www.yenicag.az

6509