Mingəçevir şəhərində 53 yaşlı kişi intihar edib.
Yenicag.az xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsi, ev 18, mənzil 17-də baş verib.
Belə ki, həmin mənzilin sakini, 1966-cı il təvəllüdlü İlqar Rəşad oğlu İsgəndərov özünü asaraq öldürüb.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib.
Onun hansı səbəbdən intihar etdiyi bilinmir.
Faktla bağlı araşdırma aparılır.