Kuba 1961-ci ildən bu yana ilk dəfə ABŞ-a səfir göndərib.
Yenicag.az xəbər verir ki, ilk dəfə Kubadan olan təcrübəli diplomat Jose Kabanas uzun illərdən sonra ABŞ-da səfir oldu. Lakin rəsmi Vaşinqton hələ də Kubaya göndərəcəyi səfirin kim olduğunu müəyyənləşdirməyib.
Qeyd edək ki, Kuba və ABŞ arasında rəsmi əlaqələr iyul ayından başlayıb.