54 yaşlı kişi su kanalında boğulub öldü

Saatlı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Məmmədov Kamil Əmirxan oğlu yaşadığı evin yaxınlığındakı beton su kanalına yıxılıb. K.Məmmədov köməksiz vəziyyətdə qalaraq suda boğulub ölüb.

Onun meyiti qohumları tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

COP29