Papa Francisin sonunda erməni yalanına ortaq olması Vatikanı bütün dünyanın diqqət mərkəzinə çevirdi. İllərdən bəri ermənilərin istədiyi, ancaq Vatikanın rədd etdiyi yalan birinci ağızdan səsləndirildi. Sadlöhvlər bunun bir din adamının xristian acısına ortaq olması olaraq, düşünə bilərlər. Fəqət Vatikanın əslində əsrlərdən bəri dini pərdə arxasında bir siyasi hesablaşma mərkəzi, Xaçlı Yürüşlərindən tapınaq cəngəvərlərinə qarşı Autodafe (tonqalda yandırma) mərasimlərinə qədər müxtəlif qanlı olayların birbaşa təşkilatçısı olması bu məsum düşüncəni darmadağın edir.
Hazırda sünni-şiə məsələlərinin hərdən qabardılmasına baxmayın. Vatikandakı təriqətlərin savaşı, papalara qarşı sui-qəsdlər tarixçəsi o qədər zəngindir ki, gizlətmək mümkün deyil.
Erməni məsələsinı araşdırarkən də, bir detay nəzərdən qaçmamalıdır. Son olaraq, Vatikanı hansı erməni biznesmenlər ziyarət edib? Söhbət heç də Ermənistanda yaşayan çulsuzlardan getmir. Dünya erməniləri Papanı dinlə-məzhəblə inandırıb, “öz acılarına ortaq edə bilməzlər”. Çünki Papa da bilir ki, bu ermənilər Xalkidon məclisindən qovulublar və ən önəmlisi, Xalkidonda imzalanan katolik prinsiplərini qəbul etməyiblər. Yəni, katolik İsa anlayışını ermənilər ta əzəldən bəri qəbul etməyiblər. Belə olan halda İsa Məsihin iki təbiətli olduğuna inanan Papa üçün İsanı “Allah-İnsan” saymayan erməninin nə qiyməti olsun ki… Ortada Vatikana bağışlanan elə bir şey var ki, Papa onun hörmətinə özünü töhmət altında qoyub. Ağıla gələn ilk versiya Vatikana olan yardımdır. Vatikana üç-beş keşişin ibadətxanası kimi baxmayın. Vatikanın sərvəti dünyadakı ən böyük xəzinədir. Hətta Hitlerin belə “qeyb olan” qızıllarının Vatikanda saxlandığı bildirilir.
Vatikanın sərvətinin tam olaraq nə qədər olduğu heç bir zaman açıqlanmayan bir sirrdir. İllik gəlirləri bəzən açıqlanır, fəaliyyəti bir az da şişirdilərək göstərilir, ancaq mal varlığı tam olaraq açıqlanmaz. Vatikan tam bir xəsis tacir kimidir; daim gəlirlərinin azlığından şikayətlənər, amma maraqlıdır ki, hər keçən il bir az daha zənginləşər, bir az daha çox pul qazanar. Vatikan maliyyəsi ildə iki dəfə araşdırılır. Maliyyə komissiyasında kardinallar var və başçı da “Prefektor”dur.
Vatikan dünyanın ən zəngin dövlətlərindən biridir. Məşhur Vatikan eksperti Peter Hebblethvaitenin dediyinə görə, bu dövlət heç bir xüsusi təşəbbüskarın, ya da kapitalistin bacara bilməyəcəyi qədər qatı “sosialist” qaydalarla idarə olunmaqdadır. Həmin ekspertin fikrincə, bu səbəbdən də Vatikan yer üzündəki tək Sosialist Dini Dövlət sayılmalıdır.
Həqiqətən də Vatikanda heç bir dövlətin edə bilməyəcəyi bir “sistem” və rəhbərlik anlayışı qüvvədədir. Gördükləri işə görə dünyada ən az maaş alan insanlar buradadır. Buna baxmayaraq cəmi 1000 adamı keçməyən Vatikan bürokratiyası, 2500 işçisiylə dünyanın ən sıx dini birliyini (təxminən 900 milyon) heç bir problem olmadan idarə etməkdədirlər. Vatikanın gizli tarixini araşdıran mərhum yazar Aytunc Altındal yazırdı ki, bu gerçəyi yeni öyrənən bir amerikalı zəngin özünü tuta bilməmiş və “Aman Tanrım! Məgər dünyanın ən qazanclı şirkəti Vatikanmış” deyib.
600 adamın istiqamətləndirdiyi 900 milyon insan qeyd-şərtsiz olaraq Vatikana bağlıdırlar və onun əmrlərinə tabedirlər. Ən maraqlısı, onu qorumaq, inkişaf etdirmək və gerçəkdə daha da zənginləşdirmək öhdəçiliyi götürüblər. Bu əməklərinə qarşılıq Papadan ala biləcəkləri tək “gəlir” hər bazar günü Papanın onlar üçün etdiyi “təşəkkür “duası”dır, o qədər…
Öz Tanrısını satan şirkət
Vatikanın birbaşa, ya da dolayı yolla sahibi olduğu və ya istiqamətləndirdiyi gündəlik, həftəlik və aylıq 200-dən çox qəzet və jurnal, 154 radio stansiyası, 49 TV kanalı və ya kabelli yayımı vardır. Bu KİV-lər 24 saat müddətlə bütün dünyanı bir şəbəkə kimi bürüməkdədir. Vatikanın gəlirləri başda hər ölkədəki katoliklərdən kəsilən kilsə vergisi; haqqlar; ianələr, hədiyyələr; şirkət gəlirləri, hissə-səhm sənədləri, bankçılıq və faiz gəlirləri, hədiyyəlik əşya satışlarıyla əldə edilən gəlirlərdən meydana gəlməkdədir. Mediadan əldə edilən reklam gəlirləri də böyük paradan xəbər verir. Vatikanın digər bir gəlir qaynağı da xristianlığı təmsil edən şəxsləri, məsələn İsanı, Məryəmi, əzizləri və ya simvolları (xaç kimi) satışa çıxararaq qazandığı qazanclardır. Bu baxımdan baxıldığında Vatikanın öz “Tanrı”sını (İsa) və dinini ən yaxşı satışa çıxaran holdinq olduğu açıq-aşkar görülə bilir! Vatikanın gəlirləri yalnız bunlardan ibarət deyil. Vatikan, dünyanın qabaqda gələn bir çox şirkətində səhmdardır. Müxtəlif ölkələrdə saysız daşınmaz əmlakı var. Bir çox bankın ortağıdır. Xüsusilə, geyim və turizm sektorlarına çox qazanc gətirən investisiyalar qoyub. Avropa Birliyi içində Vatikana bağlı olaraq çalışan “Katolik Tekstil Sənayeçiləri Birliyi” onun mənfəətlərinin idarəçisi vəziyyətindədir. Bənzər şəkildə ayaqqabı, yemək və enerji ilə inşaat sektorlarında da qazanclı investisiyaları və ortaqlıqları vardır. Sözün qisası, 200 milyon əhalisi olan ABŞ-ı idarə edə bilmək üçün yalnız Vaşinqtonda 250.000 dövlət məmuru olduğu düşünülsə, Vatikan “möcüzəsi (!)” daha dəqiqi izah oluna bilər.
İxrac malı olaraq yalnız “Dualar və Əmrləri” olan bir dövlətin dünyanın ən sıxlıq birliyini idarə edib dünyanın ən zəngin dövlətlərindən biri ola bilməsi başqa hansı sözlə tərif oluna bilər ki…
Vatikanda iqtidar döyüşü
Belə bir zəngin və güclü bir dövlətin başında kim olmaq istəməz ki? Bu səbəbdən də Vatikanın içində daim iç savaş yaşanmaqdadır. Vatikanda təsirləri və gücləri müzakirə predmeti olmayan başlıca altı axın vardır. Bunlardan ikisi “dünyəvi”, dördü “dini” xüsusiyyətdədir. Dünyəvilər OPUS DEI (Tanrının İşləri deməkdir) ilə Malta Cəngavərləridir. OPUS DEI, İspan əsllidir və 1928-ci ildə Jose Maria Escriva de Balaguery Albas tərəfindən qurulan bir təşkilatdır. Buna baxmayaraq hal-hazırda Vatikanda ən təsirli olan “dünyəvi” təşkilatdır. Gizli bir təşkilat olan OPUS DEI-nin bütün üzvləri katolik peşə sahibləri olmaqla yanaşı, hər ölkədə təşkilatdan məsul bir kardinal vardır. Vatikan pasportu daşıyan bu kardinalların toxunulmazlıqları vardır və yalnız Papaya qarşı məsuldurlar. Curia belə bunlarla bacara bilmir. Malta Cəngavərləri isə OPUS DEI-dən çox daha köhnə və köklü, aristokratik bir təşkilatdır. Bu da əvvəlki kimi bağlı dövrə işləyən bir təşkilatdır və şöhrətini türklərə qarşı katolik inancını müdafiə edərək əldə etmişdir. İlk olaraq, Rodosda qurulmuş, bura Osmanlının əlinə keçincə Maltaya sığınıb. Türklüyə və İslamiyyətə təməldən qarşı bir təşkilatdır.
Vatikanda təriqətlər savaşı
Vatikanın daxili siyasətində və çəkişmələrində dörd dini axın təsirli olmaqdadır. Bunlardan birincisi, Dominiken təriqətidir. Bunlar üçün ən əhəmiyyətli olan xüsusi təşkilat olaraq Kilsənin davamlılığının qorunması və hər şərt altında müdafiə olunmasıdır. Dominikenler, “Əvvəl Kilsə” deyən təriqətdir. Aristokratik, amma eyni zamanda da qəddar və doqmatiq olmaqla tanınırlar. Orta əsrlərin İnkvizasiya Məhkəmələrini bunlar qurdurub, milyonlarla insanı – xüsusilə də cadugər deyə xarakterizə etdikləri qadınları – yandırıblar. Dominikenlerin tam qarşısında Fransiskan təriqəti var. Bunlar üçün isə əvvəl Romadakı Kilsə deyil, “əvvəl xristianlıq” gəlir. Fransiskanlar yoxsullardan yana, din adına qarşılıqsız çalışan keşişlər birliyidir. Onlar üçün əvvəl Kilsə və ya Papa deyil, xristianlığın yer üzündə bərqərar olması əhəmiyyətlidir. Hazırki Papa Françis də adını bu təriqətin qurucusu Assisili Francescodan götürdüyünü iddia edib. Baxmayaraq ki, keçmişi bunun tam əksini söyləyir. Çünki keçmiş adı Jorge Mario Bergoglio olan Papa 1958-ci ildə Civzit təriqətinə üzv olub.
Üçüncü birlik Fransiskanlar qədər çalışqan, amma Dominikenler qədər mərhəmətsiz ola bilən Cizvitlər təriqətidir. Bunlar Katolik aləminin “intellektualları” mövqesindədirlər. Bunlar üçün əhəmiyyətli olan isə “Papalıq mövqeyi”dir. Papaların özləri və ya Kilsənin özü deyil, “Papalıq Mövqeyi”nin qorunması və müdafiə olunması prioritet daşımaqdadır. Cizvitlər bu anlayışla bir çox Papaya (II İohan Pavel də daxil olmaqla) qarşı çıxmışlar. Papaları ucaldan OPUS DEI ilə Papalıq Mövqeyini ucaldan Cizvitlər arasında hər zaman problem yaşanıb. Cizvitlərə görə, OPUS DEI, papaya sitayiş (Papolatry) etməkdədir. Cizvitlər ən sürətli misioner təşkilatıdır. Bu misyoner katolik təriqətin üzvü olan Papa Francisin inkar etsə də, adını Civzit Təriqətinin qurucularından Franciscus Xaveriusa oxşatdığı bildirilir. Franciscus Xaverius Asiyada xristianlığı yaymağa başlayan misyoner olaraq, tanınmaqdadır.
OPUS DEI dördüncü axının nümayəndəsidir. Onlara görə, Papanın şəxsiyyəti, Kilsənin də, Papalıq Mövqeyinin də üstündədir. Papa, Tanrı-Krallığının müqəddəs lideridir. Onların düşüncəsinə görə, belə bir uca bir mərtəbəyə çata bilən adam da əlbəttə “fövqəladə” bir adamdır. Bu səbəbdən də OPUS DEI, belə “fövqəladə” bir adam tərəfindən təmsil edilən Vatikan Dövlətini ucaldar və Kilsəni ikinci planda görər. Vatikan Dövlətinin beynəlxalq “rəsmi” ideologiyası isə bu dörd axının ortaq məxrəcləriylə meydana gətirilmiş olan və bütün xristian aləmini bir dam altında toplamanı nəzərdə tutan Ekümənizm (İlahi Hakimiyyət) Hərəkatıdır.
Vatikanda gecə sağlam yatıb səhərə cəsəd olaraq qaldırılmaq su içmək qədər adi bir durumdur
Müəmmalı şəkildə vəfat edən yazar Aytunc Aydındalın iddialarına görə, Vatikanın və Papalığını tarixi saysız cinayət, intriqa və skandallarla doludur. Bu günə qədər gəlib keçmiş 263 Papadan neçəsinin əcəliylə, neçəsinin cinayətə qurban gedərək, öldüyü müəyyən deyil. Ən yaxın nümunə, II İohan Paveldən əvvəl Papa seçilən və yalnız 33 gün Papalıq edə bilən I İohan Paveldir. Vatikan üzrə ekspert, araşdırmaçı David Yallopun sənədlərə istinad edərək açıqladığı fakta görə, bu Papa Vatikanın içindəki bir “Konspirasyon-Fəsad Təşkilatı” ilə “P2 Mason Lojası”nın ortaq cəhdiylə öldürülmüşdür. Vatikanda gecə sağlam yatıb səhərə cəsəd olaraq qaldırılmaq su içmək qədər adi bir durumdur. Vatikanın xüsusilə II Dünya Müharibəsi əsnasında gücləndirdiyi müdhiş bir kəşfiyyat şəbəkəsi var. Vatikanın içindən müxtəlif xalqların -başda Fransa, Polşa və Almaniya – kəşfiyyat təşkilatlarıyla birlikdə çalışan Kardinallar çıxıb. Bunlardan bəziləri daha sonra Papa seçilib. Məsələn 1978-ci ildə öz əcəliylə ölən Papa VI Pavel, gizli kəşfiyyat təşkilatlarıyla əlaqəli bir Kardinal olaraq tanınırdı. Vatikan “çirkli” işlərində daim killerdən istifadə edən bir dövlətdir. Bu murdar işləri təmizləmək mafiyanın vəzifəsidir. Vatikanın siyasət aləmində də yarı-gizli, yarı-rəsmi dəstəklədiyi partiyalar və siyasətçilər vardır. Bunlara ən yaxşı nümunələr Almaniyadakı CDU/CSU (Xristian Demokratlar) və İsveçrədəki CVP (Xristian Xalq Partiyası) xəttidir. Vatikanın bu və digər bir çox siyasi quruluşla, məsələn şagird və işçi quruluşlarıyla gücü əlaqələri var. Vatikan, BMT-də, UNESCO-da, FAO-da, AB-Də və Amerika Dövlətləri Təşkilatında “müşahidəçi” statusundadır.
“Vatikan nədir?” sualının gerçək cavabı da bu əlaqələrdə axtarılmalıdır. Vatikan, iqtisadi siyasəti ilə “Dövlət Sosializmi”ni tətbiq edən -özü sosializmə qarşı olsa da- bir Kilsə Dövlətidir. İctimai-tarixi məzmununda isə funksiyaları etibarıyla “doqmatik-dinci” bir dövlətdir. Bu xüsusiyyətiylə də hal-hazırda çox sıx istifadə edilən fundementalizmin (kökdənçiliyin) çağımızdakı ən köhnə və ən güclü nümayəndəsidir. Həqiqətən də Vatikan, dünyada dövlət diametrində təşkilatlana bilmiş ilk fundamentalist Dini Krallıqdır.
Bu dini krallığın Xalkedonda onları qəbul etməyən, Qüdsdə onları aldadan erməninin yalanına sırf dini qardaşlıq duyğuları ilə inanmasına kimsə inanmaz… Üstəlik, civzitlər kimi bir acımasız təriqət üzvünün…
Aqil ƏLƏSGƏR