!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

16 şəhərdə fətullahçılara qarşı böyük əməliyyat – “Today`s Zaman”ın baş redaktoru haqqında həbs qərarı- FOTO

!Reklam – Yazi

16-ilde-cemaat-operasyonu-1706151200_m2Türkiyədə Fətullah Gülən Şəbəkəsinə qarşı əməliyyatlar davam edir. Dünən Türkiyənin 16 şəhərində eyni zamanda fətullahçılara qarşı əməliyyat keçirilib. Yenicag.az türk mediasına istinadən xəbər verir ki, “Tahşiyə” əməliyyatı çərçivəsində 20 gülənist polis həbs edilib.

Həmin polislərin “Tahşiyə” isimli Yayın Evini işlədən jurnalist Mustafa Kaplan və digərlərini həbs etmək üçün onların “söhbət evi”nə əl bombaları qoyan şəxslər olduqları bildirilir.

İstanbul Terrorla Mübarizə İdarəsi tərəfindən idarə olunan əməliyyat 14 dekabr 2014-cü ildə başlayıb və Gülənin təlimatı ilə ona qarşı olan dindarların 2009-cu ildə həbs olunması faktı üzərindən aparılır.  Gülən “Tahşiyə” iddianaməsinin 1 nömrəli şübhəlisidir.

“Samanyolu”nun direktoru Hidayət Karaca da bu məsələyə görə hazırda həbsdədir. Bu dəfə  İstanbul Polis Kəşfiyyatının bəzi üzvləri də Gülənin əmrlərini yerinə yetirmək suçundan mühakimə olunacaqlar.

Qeyd edək ki, gülənçilərlə bağlı həbs qərarı “Tahşiyə”yə bağıı deyil. Azərbaycan əleyhinə yazıları ilə də diqqət çəkən “Today`s Zaman”ın baş redaktoru Bülent Keneş haqqında da 1 il 9 aylıq həbs qərarı çıxıb. Səbəb isə onun “Twitter” hesabından prezident Ərdoğana qarşı yazdığı təhqirlərdir.

Qeyd edək ki, Keneş keçən il Gülənin Azərbaycandakı liseyləri bağlandığı zaman Ərdoğanın Azərbaycanın Türkiyədəki sərmayəsinə mane olmaqla şantaj etdiyini yazmışdı. Xatırladaq ki, bu yazı “Today`s Zaman”ın Azərbaycana qarşı ilk yazısı deyildi. Qəzet “Vaşinqton Post”un yolunu gedərək, zaman-zaman Azərbaycana qarşı qarayaxma kampaniyalarında iştirak edib.

Screenshot_2014-08-26-16-28-44

Yenicag.az

www.yenicag.az

980
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv