Gülən-Ərdoğan savaşında növbəti raund – Yeni həbslər və bəddua

fethullah-gulen-cemaat-recep-tayyip-erdogan-akp-adnan-oktar14 dekabrda “Samanyolu” Televiziyasının rəhbəri Hidayət Karacanın həbsi ilə başlayan “Paralel” əməliyyatı davam edir. Yenicag.az xəbər verir ki, dünən gecə də bu yöndə böyük əməliyyat həyata keçirilib.

Sivasdan idarə olunan əməliyyat 18 şəhərdə aparılıb və qeyri-qanuni telefon danışıqlarına qulaq asmaqda, insanların özəl həyatına müdaxilə etməkdə ittiham olunan 35-ə yaxın polis həbs olunub.

Həmin polislərin ən az 10 nəfərinin Gülən Şəbəkəsinin mühüm şəxsləri olduğu vurğulanmaqdadır.

Qeyd edək ki, “Paralel Dövlət Şəbəkəsi” Terror Təşkilatının 1 nömrəli ismi Azərbaycanda da geniş təhsil və biznesə sahib olan Fətullah Güləndir. Onun Azərbaycan dövlətində də yüksək çinli məmurlar arasında müridləri var.

Bu əməliyyat baş verdiyi zaman Gülən də cavabsız qalmayıb. “Allah cəzanı versin. Məgər sən məlunmuşsan” deyərək, Ərdoğana qarşı növbəti  bəddua seansını gerçəkləşdirib. “Tövbə etmək varkən…” başlıqlı söhbətində Gülən aldadıldığını idda edib və Ərdoğanı günahda israr etməkdə suçlayıb.

O, Ərdoğanı tövbə etməyə çağırıb: “İgid olan xalqın qarşısına çıxıb “Çaldım, çırpışdırdım, harama əl uzatdım. Yaxınlarımı qorudum” deyərək, etiraf edər və tövbə edər”.