55 min manatlıq dələduzluq hadisəsinin üstü açıldı

Bakıda dələduzluq qeydə alınıb.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.

Yasamal rayonu, A.Ağayev küçəsi, ev 62-də yaşayan, 1965-ci il təvəllüdlü Cəbiyev Mütəllim Kamil oğlu polisə müraciət edərək bildirib ki, 2002-ci il oktyabrın 5-də ev almaq adı ilə qohumu Namiq adlı şəxsə 55 min manat verib. Sonradan Namiq adlı şəxs onu aldadaraq pulu mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.