!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

55 nəfər qızılcaya yoluxdu - Əhaliyə pulsuz vaksin vurulacaq

!Reklam – Yazi

“Ötən il noyabr ayının sonlarından Azərbaycanda qızılcaya yoluxma halları qeydə alınmağa başlayıb və hazırda xəstəlik hallarının qeydiyyatı davam edir. Ümumilikdə, dekabr ayı ərzində 55 yoluxma hadisəsi təsdiq olunub”.

Yenicag.az xəbər verir ki, bunu Report-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, xəstəlik halları, əsasən, 20-40 yaşlı və vaxtilə peyvənd olunmamış vətəndaşlar arasında baş verir: “Bu hal uşaqlar arasında çox az sayda qeydə alınıb. Xəstəliyin böyük hissəsi, yəni 90-93%-i Bakının payına düşür. Əslində, araşdırdıqda yoluxan insanların peyvənd olunmadığı ortaya çıxır. Yəni vaxtilə peyvənd etdirməyiblər”.

A.Əliyeva bildirib ki, ölkədə uşaqların qızılca və məxmərək əleyhinə peyvənd olunması üçün kifayət qədər vaksin var: “Təqvimə uyğun olaraq, həmin peyvəndlər uşaqlara vurulur. Müxtəlif səbəblərdən indiyə qədər peyvənd vurulmayan əhalinin yaşlı təbəqəsinin vaksinasiyası üçün əlavə tədbirlər görüləcək. Nazirlik bu məqsədlə 160 min vaksin alınmasını sifariş verib. Həmin peyvəndlərin martın əvvəlində ölkəyə gətirilməsi planlaşdırılır və vaksinlər vətəndaşlara poliklinikalarda pulsuz vurulacaq. Bu vaksinlər Hindistan istehsalıdır və olduqca təhlükəsizdir”.

Nazirlik rəsmisi vurğulayıb ki, Azərbaycanda 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmamışdı: “Ancaq qonşu ölkələrdə qızılca xəstəliyi geniş yayılıb və Azərbaycana da keçib. Hətta Səhiyyə Nazirliyi tərəfindən bu xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb. Hazırda ölkədə qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir və bu günə kimi də heç bir ölüm faktı qeydə alınmayıb”.

A.Əliyeva qızılcaya yoluxan insanların bir müddət, yəni, təxminən, bir-iki ay keçdikdən sonra peyvənd olunmağını məsləhət görüb: “Bu peyvənd (GPM) uşaqlar üçündür. Çünki qızılca keçirdikdən sonra qazanılmış immunitet yaranır. Lakin peyvəndin tərkibində məxmərək və parasit əleyhinə təsiredici maddə olduğundan insanların, heç olmasa, sonradan bu iki infeksiyaya yoluxmaması üçün vaksin olunması məsləhətdir. Ümumiyyətlə, qızılca xəstəliyinə yoluxan insanın inkubasiya dövrü var. Bu da, təxminən, 21 gün çəkir. Əgər həmin şəxs kimdənsə bu xəstəliyə yoluxubsa, 10-14 gündən sonra onda kliniki əlamətlər başlayır. Bundan sonra 5 günlük müddətdə xəstəliyin əlamətləri müşahidə olunur. Bu zaman temperaturun artması, öskürək və ağızın selikli qişalarında ağ nöqtələrin yaranması müşahidə edilir. Sonrakı mərhələdə isə səpkilər (4-5 gün çəkir) başlayır. Səpkilər də başdan başlayır və ayağın altına qədər yayıla bilər. Ona görə də belə xəstələr başqasını yoluxdurmaması üçün insanlardan təcrid edilməlidir”.

www.yenicag.az

6528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv