Sabirabadda bir nəfərin ölümü ilə nəticələnən yanğın olub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, rayonun Nərimankənd kəndində fərdi yaşayış evinin yanması nəticəsində ev sakini 1962-ci il təvəllüdlü Qarayeva Kubra Nəsir qızı tüstüdən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.