Gülənin ən böyük para qaynağı çökdürülür

2Fətullah Gülən Şəbəkəsinin ən böyük para qaynağına böyük zərbə vurulacaq. Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Gülən Şəbəkəsinə məxsus 1500 dərsxana (hazırlıq kursu) haqqında cinayət işi açılıb. Belə ki, Türkiyə Daxili İşlər Nazirliyinə gələn bir məktubda bildirilib ki, “Təxminən 1500 dərsxana “himmət” adı altında pul toplayaraq, xaricə qaçırır”.

Məktubdakı dəlillər əsasında Daxili İşlər Nazirliyi cinayət işi qaldıraraq, yoxlamaya başlayıb.

81 şəhərin polis idarəsinə göndərilən təlimatda “Paralel Dövlət”ə yaxın dərsxanaların ciddi yoxlanılması tapşırılıb. Eyni zamanda maliyyə polisi örgütə maddi yardım edən dərsxanaları nəzarətdə saxlayacaq.

Haqqında cinayət işi açılan dərsxanaların arasında 270 FEM Dərsxanası, 200-ə yaxın Anafen Dərsxanası, Ege və Ağdaniz bölgəsində 200-ə yaxın Körfəz Dərsxanaları da var.

Qeyd edək ki, Gülən Camaatının ən böyük para qaynaqlarından olan dərsxanalar 2014-cü ilə qədər Azərbaycanda “Araz” Hazırlıq Kursları adı altında fəaliyyət göstərirdi. Dövlət bu hazırlıq kurslarını bağladıqdan sonra müxtəlif adlı “Hazırlıq Mərkəzləri” olaraq, fəaliyyətlərini davam etdirirlər. Azərbaycanın mühüm rayon və şəhərlərində olan Hazırlıq Mərkəzlərini üzdə birləşdirən sadəcə “Güvən” Nəşriyyatının məhsullarından istifadədir.

Yenicag.az