Çanaqqaladan möhtəşəm görüntülər – Aqil Ələsgər yazır – Yeniləndi -5

20150424_150636Çanaqqala Zəfərinin 100-cü il dönümü münasibətilə təşkil olunan rəsmi tədbir başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, İngiltərə şahzadəsi Çarlz, Əfqanıstan Prezidentinin Birinci müavini, general Raşid Dostum,İraq Prezidenti Fuad Masum, Qatar Əmiri Tamim bin Hamad El Sani, Suriya Ulusal Koalisiyası başqanı Halid Hoca, Albaniya dövlət başçısı Bujar Nishani, Bosniya Hersoqoviniya Dövlət Şurasının sədriMladen İvaniç, Cibuti Prezidenti İsmail Ömer Guelleh, Çad Prezidenti İdris Debi, Cənubi Sudan dövlət rəhbəri Salva Kiir Mayardit, İrlandiya Prezidenti Michael D. Higgins, Karadağ Prezidenti Filip Vujanoviç, KKTC Prezidenti Derviş Eroğlu, Kosova dövlət başçısı Atifete Yahyaga, Makedoniya Prezidenti Gjorge İvanov, Mali dövlət başçısı İbrahim Boubacar Keita, Nigeriya dövlət başçısı Mahamadou Issoufou, Pakistan Prezidenti  Memnun Hüseyin, Senegal rəhbəri Macky Sall, Sloveniya dövlət başçısı Borut Pahor, Somali Prezidenti Hasan Şeyh Mahmud və Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammədov və onlarla dövlət rəhbərləri və dövlət adamlarının iştrakı ilə tədbir başladı.

Tədbir Diyanət İşləri başqanının duası ilə başladı.

Daha sonra İxtilaf dövlətləri adına ingilis şəhzadə Çarlz, daha sonra isə Ərdoğan çıxış etdi.

Daha sonra tədbirdə türk marşları səsləndirilib, Türkiyə Silahlı Qüvvələrinin bölükləri də daxil olmaqla ittifaq dövlətlərinin hərbi birliklərinin fəxri keçidi olub. Eyni zamanda dənizdə Türkiyə, İngiltərə, Fransa, Avstraliya və Yeni Zelandiya hərbi gəmilərinin keçidi olub, Türk şahinləri səmada manevrlər ediblər.

Türk şahinlərini izlədikdən sonra dövlət başçıları Çanaqqala döyüşlərində həlak olan əsgərlərin məzarlarını ziyarət etdikdən sonra “Mehmetçik” abidəsinin önündə “Şəhidlik dəftəri”ni imzalayıblar.

20150424_150606 20150424_150627 20150424_150618***

Çanaqqala Zəfərinin 100-cü il dönümü münasibətilə bu şəhərdə bayram tədbirləri başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak edəcəyi bayram tədbrinə 20-dən çox prezident, yüzlərlə yüksək dövlət adamları qatılacaq. İngilis şahzadəsi Çarlzla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şəhidlər Abidəsinə çələng qoyması ilə tədbir başlayacaqdır.

Çanaqqalaya ezam olunmuş Yenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər bildirir ki, rəsmi törən bir azdan başlayacaq. Hazırda liderlərin bir qismi Cümə Namazını qılmaq üçün Yəhya Çavuş Şəhidlər Məscidindədir, digərləri isə Çanaqqala Boğazında gəzintidədirlər.

***

Artıq tədbirdə iştirak edən dövlətlərin çələngləri mərasim keçirilən meydana gətirilib. Çələnglər arasında Azərbaycanın da çələngi var.

11127931_10205508496224543_1293970351_n 11160119_10205508497944586_1690559072_n***

Tədbir başlamadan öncə çəkilən rəngli görüntüləri sizə təqdim edirik.

***

Gün boyunca Çanaqqala ilə bağlı məlumatı buradan ala bilərsiniz.

11180074_10205508442103190_725160271_n 11173471_10205508407222318_1189178782_n 11160307_10205508407262319_205589917_n 11160247_10205508407142316_739094374_n 11173471_10205508407222318_1189178782_n 11117822_10205508404742256_1196348478_n 11157962_10205508404662254_1544432449_n 11158071_10205508442463199_939013217_n 11160307_10205508407262319_205589917_n 11160247_10205508407142316_739094374_n 11128796_10205508442543201_654085534_n 11185676_10205508441903185_1189033898_n

 

11186342_10205508502464699_1354750240_n 11180046_10205508500704655_632370341_n 11186468_10205508500064639_1378492311_n

 

sfsfs (4) sfsfs (3) sfsfs (2) sfsfs (1)

 

COP29