!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xalik Məmmədov işlədiyi şirkətin adının arxasına sığınır”-Aqil Ələsgər

!Reklam – Yazi

yenicag_xalikBu gün Azərbaycan Dövlət Neft Şirkətinin Aqil Ələsgər və “Yeni Çağ” qəzetinə qarşı mülki qaydada iddiası ilə bağlı növbəti məhkəmə prossesi keçirilib. Bu barədə məlumat verən “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin sözlərinə görə, qarşı tərəf növbəti dəfə prossesin uzanmasına xidmət edən addım atıb:

aqil“Dekabrın 16-da onların nümayəndəsi bildirmişdi ki, biz təkzib verərsək, onlar barışığa hazırdırlar. Biz isə öz növbəmizdə bildirmişdik ki, qarşı tərəf narazı olduğu məqamları ortaya qoysun, oturub müzakirə edək və onların mövqeyini də dərc edə bilərik. Hakim də bir ay vaxt vermişdi ki, bu məsələdə konkret addımlar atılsın. Bir ay ərzində qarşı tərəfdən hər hansısa bir addım atılmadı və təbii ki, biz də gedib qapılarını döyən deyildik ki, cavab haqqınızı göndərin. Biz “İskra” qəzeti deyilik ki, tapılmayaq, bütün koordinatlarımız açıqdır. Təəssüf ki, qarşı tərəf bu bir ay ərzində hər hansı addım atmadığı kimi məhkəmədə bizə analoqu olmayan təkzib məktubu adlanan bir kağız verdilər. O məktuba görə, mən sadəcə “Yeni Çağ”da deyil, gedib “A Haber”, “Ulusal” kanallarından da efir vaxtı alaraq, dediklərimi təkzib etməliyəm. Bu sadəcə absurddur və mən hörmətli qarşı tərəfi ciddi və real olmağa dəvət etdim. Düzdür, kasıb bir jurnalistdən 2 milyon manat istəyən bir zehniyyətdən ancaq belə bir təkzib məktubu gözlənilirdi. Bu səbəbdən də hakim məhkəməni yanvarın 19-a təxirə saldı və bu barədə bir daha düşünülməsini istədi. Mən də öz növbəmdə bildirdim ki, real və ciddi bir mətn hazırlarlarsa, biz o mətni müzakirə edə bilərik. Dərc edib-etməmək hüququmuz var və biz qarşı tərəfin nə istədiyini dəqiq bildikdən sonra müdafiəmizi o istiqamətdə hazırlayacağıq. İndiyə qədər görüntü ondan ibarətdir ki, Xalik Məmmədov işlədiyi şirkətin adının arxasına sığınaraq, özünün və oğlunun haqqında yazılarımızı dayandırmaq istəyir. Çünki hazırki mətndə SOCAR və onun rəhbərliyi haqqında yazılan bütün yazılara təkzib istənilir ki, birincisi mən hədəf olaraq SOCAR-ı heç vaxt seçməmişəm ki, təkzib edim, ikincisi mənim bütün yazılarımda Xalik Məmmədovdan bəhs edilib və madam ki, etirazı var, özü və ya oğlu versin məhkəməyə”.

Kamran

www.yenicag.az

1401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv