Fətullah Gülənin bankı- “Bank Asiya” tamamən dövlətin nəzarətinə keçib. Türkiyə Bankçılıq Tənzimləmə və Nəzarət Komitəsi Bank Asiyanın TMSF-yə təhvil verilməsi barədə qərar verib.
Bankçılıq Tənzimləmə və Nəzarət Komitəsindən yayılan açıqlamada, Bank Asiyada aparılan yoxlamalar nəticəsində ciddi pozuntuların üzə çıxdığı bildirilib. Komitə yazılı açıqlamada qeyd edib ki, banka vəsait qoyan səhmdarların maliyyə hesablarının güvənlilliyini qorumaq üçün, Bank Asiya TMSF-nin nəzarətinə verilir. Açıqlamada həmçinin bankın idarə edilməsində də ciddi problemlərin olduğu vurğulanır.
Qeyd edək ki, “Bank Asiya” Türkiyədə “paralel dövlət” qurmaqda ittiham olunan Fətullah Gülənin ən böyük maliyyə dayaqlarından biri hesab olunur.
Xatırladaq ki, bu bankda hissə sahiblərindən biri fətullahçıların beyin mərkəzi hesab olunan “Qafqaz” Universitetinin Rəyasət Heyətinin sədri, Gülənin Azərbaycan imamı Ənvər Özərən idi. 2013-cü ildə Ərdoğan vətəndaşlara bu bankı boykot etməyə dəvət edəndə, Gülən bu bankı qurtarmaq üçün müridlərinə “evlərinizi, maşınlarınızı satın, banka qoyun” demişdi və bu çağırışına ən böyük dəstək Azərbaycandan olmuşdu. Özərənin komandası, eyni zamanda Elnur Aslanovun dəstəsinin üzvləri də bu məsələdə aktivlik göstərmişdilər. Eyni zamanda Gülənin Azərbaycandakı şirkətlər qrupları da böyük pullar yatırmışdılar. Elnur Aslanov və Fərhad Məmmədovun proyekti olan “Causcaus İnternational” jurnalının (Jurnal Strateji Araşdırmalar Mərkəzi tərəfindən nəşr edilirdi) redaktoru, Türkiyədən deportasiya olunan jurnalist Mahir Zeynalov da son qızıl-gümüşlərinə qədər sataraq, bu banka qoyduqlarını açıqlamışdı.
O da vurğulanır ki, Paralel Şəbəkənin çözülməsində və bu bankın daxili sənədləri mühüm rol oynayacaq.
***
“Bank Asiya”nın maliyyəçisi olan şirkətlər və şəxslərin siyahısı:
- Kaynak Holding 61.000.000
- Ahmet Çelik 13.014.000
- KAS Tanker (İhsan Kalkavan) 4.490.000
- Negiş Giyim 3.500.000
- Ali Akbulut 3.170.000
- İbrahim Sayın 2.500.000
- Aydınlı Grup 1.500.000
- Ali Yarkın 1.500.000
- Mehmet Şanlıkaptan 643.500
- Hasan Sayın 500.000
- Yavuz Malkaton 100.000
- Hasan Kutlubaş 45.000
- Mustafa Kemal Özemir 4.500
TOPLAM 91.967.000
Yenicag.az qeyd edir ki, siyahıda olan bir sıra insanlar Azərbaycanda tanınırlar. Məsələn, Kaynak Holdinqin İdarə Heyətinin başçısı Naci Tosun Gülənin Azərbaycan da daxil olmaqla keçmiş sovet ölkələri üzrə İmamıdır. Ənvər Özeren, Mesut Kurnaz və digərləri birbaşa Naci Tosuna bağlıdır. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən NT (köhnə adı NİL) Mağazalar Şəbəkəsi də Kaynak Holdinqə bağlıdır. Naci Tosun ən son Çağ Öyrətim şirkətinin 20-ci illiyində çıxış etmişdi.
***
“Bank Asiya”ya sərmayə qoyaraq Gülənin bankının batmamasına çalışanlardan biri olan İhsan Kalkavan isə “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun yaxın dostudur. Bərabər “Kasımpaşaspor” klubunun İdarə Heyətinin rəhbərliyində təmsil olunan Mənsimovla Kalkavan ayrılmaz ikilidir. İkili həm də ticarətdə də əməkdaşlıq edirlər. Belə ki, 2012-ci ildə Mənsimovun rəhbərlik etdiyi “Palmali” Holdinq ilə Kalkavana aid “Beşiktaş” Limanı arasında 120 milyon dollarlıq əməkdaşlıq sazişi imzalanıb.
Kalkavan Türkiyədə “Gülən üçün ölərəm” sözü ilə məşhurdur.