!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçən həftədə nələr baş verdi? – TOPNEWS

!Reklam – Yazi

top-news1Yola saldığımız həftə Azərbaycan üçün bir sıra mühüm hadisələrlə yadda qaldı.

Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul etdi.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 12-də Türkiyə baş nazirinin müavini Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Türkiyə ilə Azərbaycan arasında 12-16 may arasında olacaq hərbi təlimlərə start verildi.

Sumqayıtda şəhid ailələri etiraz əlaməti olaraq şəhərdəki Sülh prospektində yolu bağlamışdılar. Onlar evlərin sökülməsinə eriraz edirlər.

Azərbaycanlı iş adamı, “PNN Group” şirkətinin təsisçisi Nizami Piriyev həbs olundu. O, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirləndirilir.

Bu gün habelə Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində inşa olunan və Gürcüstanla Türkiyə sərhədində yerləşən böyük tunelin açılış mərasimi baş tutub.

Mayın 12-də həm də atəşkəs rejimindən 21 il keçir.

12-13 may tarixində Türkiyənin Antalya şəhərində NATO-ya üzv dövlətlərinin xarici işlər nazirlərinin iclası keçirildi. Azərbaycan NATO-nun Əfqanıstanda “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlət statusunda iclasda iştirak edib.

Mayın 13-də prezident İlham Əliyev, xanımı, “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva Veloparkın açılışında iştirak edib.

Parisdə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə “Şaxələndirilmiş və əks-mərkəzləşmiş iqtisadi tərəfdaşlığa doğru” adı altında II “Fransa-Azərbaycan 2015” biznes forumu keçirildi.

Musavatın Nizami rayon təşkilatından 22 üzv istefa verdi.

Mayın 13-də Vyetnam prezidenti Truong Tan Sang Azərbaycanda rəsmi səfərdə oldu. Azərbaycan prezidenti İlham Əliyevin dəvəti əsasında həyata keçirilən səfər 3 gün davam etdi.

Mayın 14-də Nazirlər Kabinetinin “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qəbul etdiyi qərara əsasən, bu il Azərbaycanda 17, 18 iyul tarixlərində Ramazan bayramı, 24, 25 sentyabr tarixlərində isə Qurban bayramı qeyd olunacaq. Azırbaycan-Vyetnam Biznes forumu keçirildi.

Həftənin cümə günü növbəti, 3-cü iqtidar-müxalifət dialoqu oldu.

Bir neçə gün öncə saxlanılmış iş adamlarından 14-ü azadlığa buraxıldı

Mülki Məcəlləyə dəyişikliklər edildi. Milli Məclisin 15 may  iclasında müzakirəyə çıxarılan dəyişiklikdə hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası əlavə edilib.

Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda “Bulvar Hotel”in açılışında iştirak ediblər.

Azərbaycanda Fətullah Gülən Şəbəkəsinin fəaliyyətlərindən bəhs edən kitab işıq üzü görüb.

Milli Məclisin deputatı Qalib Salahzadənin evindən silah-sursat aşkar edilib.

İlqar Əziz oğlu Mustafayev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edildi.

Hacı İbrahim Nehrəmli yenidən “Bandotdel”ə aparıldı.

İlham Əliyev UNESCO-nun baş direktoru xanım İrina Bokovanı qəbul edib.

Elçin

www.yenicag.az

1220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv