DAK 13-cü Qurultayını İstanbulda keçirdi – Yenilənib – 7

1429348433496133851_750x500

Aprelin 18-də Türkiyənin İstanbul şəhərində, “The Green Park Hotel Merter”də Dünya Azərbaycanlıları Konqresinin (DAK) sayca XIII qurultayı öz işinə başlayıb.

11156990_10205465656913587_1082470623_nQurultaya dünyanın bir çox ölkələrindən, xüsusilə ABŞ, Avstraliya, Almaniya, İsveçrə, Türkiyə, Rusiya, Almaniya, Ukrayna, Gürcüstan, Polşa, Çexiya, İraq, Şimali Kipr Türk Respublikası, da daxil olmaqla qonaq və nümayəndə seçilib. Qurultayda Türkiyənin hakim elitasının – AKP-nin, aparıcı müxalifət partiyalarının – CHP, MHP, BBP-nin rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları, ülkü ocaqlarının, bu ölkədə və dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının, Güney Azərbaycan qurumlarının təmsilçiləri, Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyalarının sədrləri, QHT rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər, ziyalılar və s. iştirak edirlər. Qurultayda 152 qurultay nümayəndəsi, 100-dən çox qonaq qatılıb. 11157967_849364421805445_957353244_n5

Qurultay Türk Dünyasının çeşidli bölgələrində şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla anılması və hər iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan olunub.

 

***

Dünya Azərbaycanlıları Konqresinin (DAK) İstanbulda keçirilən qurultayında Sabir Rüstəmxanlı və Firudin Pərvizniya qurumun növbəti müddətə yenidən həmsədri seçiliblər.

 

DAK-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bundan əlavə, qurultayda 21 nəfər DAK İdarə Heyətinin və 5 nəfər NTK-nın üzvü seçilib.

 

Eyni zamanda Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal DAK Məşvərət Məclisinin sədri seçilib.

 

***

11139790_10205465656313572_1143773544_n

Dünya Azərbaycanlılarə Konqresinin

Bəyanatı

XXI əsr beynəlxalq düzəndə ciddi dəyişikliklər, qlobal siyasi təbəddülatlarla müşaiyət olunmaqdadır. Ötən əsrin sonlarından başlayan demokratikləşmə prosesi bütün totalitar sistemləri sıradan çıxamaqla qütbsüz dünya formulunu real həqiqətə çevirməkdədir. Xalqlar, millətlər və dövlətlər üçün insan haqları, vətəndaşlıq missiyası ən önəmli dəyərə çevrilməkdədir. Təbii ki, bu qlobal proseslərin tam rəvan getdiyini, dünyanın bütün xalqları üçün ədalət prinsipinin eyni dərəcədə qorunduğunu söyləmək olmaz. Müasir dünyanın əsas güc mərkəzləri, iqtisadi resurslara, xüsusən də enerji daşıyıcılarına nəzarət mexanizmlərini ələ keçirmiş qüdrətli dövlətlər ayrı-ayrı xalq və millətlərə ikili standartlardan yanaşmaqda, bir sıra ölkələr isə doğal insan haqlarına dini təmayül prizmasından yanaşmaqda davam edirlər. Onlar bir dövlətin bütün hüquqlarını tanıdıqları halda, digər dövlətlə zor, hədə dilində danışırlar. Yaxın Şərqdə belə bir yanaşmanın acı fəsadlarını görməkdəyik, qanlı “inqilablar”, müxtəlif maraqların təmininə yönəlmiş vətəndaş müharibələri, milli-etnik-dini çərçivədə törədilən terorr aksiyaları neçə illərdir “ərəb baharı” adı ilə beynəlxalq ictimaiyyətə və ərəblərin özünə sırınır. Hər gün Suriyada, Misirdə, Liviyada, İraqda, Yəməndə, Pakistanda, Əfqanıstanda və s. Şərq ölkələrində minlərlə insan qətl-edilir, şəhərlər, qəsəbələr, kəndlər viranəliyə çevrilir. “Ərəb baharı” adı ilə təqdim olunan bu qlobal “Yaxın Şərq projesi” hələlik heç bir ölkəyə, heç bir xalqa dinclik, əmin-amanlıq gətirməyib. Əksinə, dövlətlər məhv edilir, idarəetmə mexanizmləri pozulur, xalqların minillik adət-ənənələri “naməlum dəyərlərlə” əvəz edilir. Ötən əsrin 80-ci illərinin sonlarında sosializm düşərgəsi iflasa uğrayanda SSRİ adlı həbsxanada yaşayan xalqlar azadlıq və müstəqillik qazandıqlarını düşünürdülər. Lakin bu xalqların üzərindən bu günədək imperiya ambisiyası ilə yaşayanların kölgəsi çəkilməyib. Postsovet məkanında bu günədək davam edən milli münaqişələr, etnik konfliktlər məhz imperiya ambisiyası ilə yaşayanların strateji planlarına xidmət edir. İnsanların qırılması, qətli-amlar, fəlakətlər onları qətiyyən narahat etmir. Məhz bu ambisiyanın nəticəsidir ki, konfliktlər Avropanın mərkəzinə qədər uzanıb, soyuq müharibə kabusu sanki yenidən baş qaldırıb. Yenicə azad olmuş xalqlar, onların sahib olduğu yeraltı və yerüstü sərvətlər üzərində nəzarət uğrunda mübarizə son həddə çatıb. Rusiya ilə bütövlükdə Avropa üz-üzə dayanıb. Etiraf edək ki, bu qarşıdurmalardan daha çox yeni azad olmuş xalqlar əziyyət çəkir. Həm də yeni strateji plana uyğun olaraq bu arzuolunmaz xalqlar başqasının deyil, məhz öz əlləri ilə məhv edilirlər. Əvvəlki dövrlərdən fərqli olaraq, bu gün ərəb ölkələrində, postsovet məkanında gedən bu qanlı çarpışmalarda nə Amerika-Avropa koalisiyasının, nə də rus ordusunun əsgərləri iştirak etmir.  Bu xalqların içərisinə elə bir düşmənçilik toxumu səpilib ki, yaxın onillər ərzində onun aradan qaldırılması qeyri-real görünür. Əksinə, getdikcə bu müharibələrin, qarşıdurmaların sərhədləri genişlənir. Əvvəllər İsrail-Fələstin arasında baş verən lokal konfliktə indi Səudiyyə Ərəbistanı və onun koalisiyaya girdiyi dövlətlərlə – Yəmən arasındakı ciddi müharibə də əlavə olunub. Bu müharibəyə İranın, Pakistanın cəlb olunması üçün də hərtərəfli təbliğat aparılır. Çox ehtimal ki, “strateqlər” yaxın gələcəkdə müharibənin yeni-yeni sərhədlər qazanması üçün əllərindən gələnləri edəcəklər. Vatikanın erməni soyqırımının tanınması istiqamətində son günlər verdiyi bəyanat da, bizcə, Türkiyənin Qərbdə nüfuzunun sarsıdılmasına, onun düşmən obrazının yaradılmasına hesablanıb. Təəssüf ki, yuxarıda adlarını çəkdiyimiz Şərq dövlətlərinin də müəyyən siyasi qrupları, dairələri imperiya ambisiyası ilə yaşayanların, neomüstəmləkəçilərin dəyirmanına su tökməkdə, onların qərəzli niyyətlərinin gerçəkləşməsinə (bilərəkdən, ya bilməyərəkdən) yardım etməkdədirlər. Bir sözlə, dünyanın hazırki siyasi xəritəsi ikili standartlar nəticəsində yaranmış qara və ağ ləkələr deməkdir.       Bir sözlə, dünya azərbaycanlıları olaraq hazırda beynəlxalq müstəvi üzərində gedən siyasi proseslərin çıxış edərək bütün qanuni vasitələrdən istifadə etməklə öz milli hüquqlarımıza yiyələnmək uğrunda daha qətiyyətli mübarizə aparmalıyıq. Yalnız bu yolla vahid Azərbaycan dövləti qura bilərik.

 

11129279_10205465656233570_2101100063_n***

DÜNYA AZƏRBAYCANLILARI KONQRESİNİN XIII QURULTAYININ 24 APREL QONDARMA “ERMƏNİ SOYQIRIMI” İLƏ BAĞLI

BƏYANATI

Yüz ildən çoxdur ki, türk xalqları ifrat erməni millətçilərinin fiziki və mənəvi terrorundan, işğalçılıq və soyqırımı siyasətindən əziyyət çəkirlər. Qonşu xalqlara qarşı ərazi iddialarına və bunun vasitəsi kimi seçdikləri etnik təmizləmə siyasətinə haqq qazandırmaq üçün ifrat erməni millətçiləri guya 1915-ci ildə Osmanlı Türkiyəsi tərəfindən soyqırımına məruz qaldıqları barədə uydurmalara istinad etməyə çalışırlar. Halbuki elmi həqiqətlərə sadiq qalan tədqiqatçı alimlər, o cümlədən Avropa alimləri tarixdə heç bir “erməni soyqırımı”nın baş vermədiyini çoxdan sübuta yetirmişlər. Qondarma “erməni soyqırımı” xəstə təxəyyülün məhsuludur.  Əldə olan bütün faktlar ermənilərin soyqırımına məruz qaldıqlarını yox, onların dinc türk əhalisini soyqırımına məruz qoyduqlarını təsdiqləyir.

Ermənilər isə cəmi 200 il bundan əvvəl ilk dəfə gəldikləri qədim Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisini onun yeganə aborigen xalqı olan türklərdən tamamilə təmizlədilər. Dünyanın bunu görməmək üçün hələ də gözləri yumulu qalıb. Türkiyənin ərazisində baş vermiş bütün qanlı olayları ermənilər başlamışlar. Ermənilər təkcə 11166050_10205465657873611_1992471400_ntürkləri deyil, kürdləri də eyni qəddarlıqla qətlə yetirirdilər. Onlar heç vaxt kürdləri və ləzgiləri türklərdən ayırmırdılar. Hətta türklərə böhtan atmaq üçün öz ermənilərini öldürməkdən belə çəkinmirdilər. XX yüzilliyin ilk 20 ili ərzində ermənilərin rus ordusunun silahı ilə Türkiyədə və Azərbaycanda törətdikləri qırğınların bircə məqsədi vardı: yerli türk əhalisini qırıb onun torpağında erməni dövləti qurmaq! Türkiyə ərazisində buna nail olmasalar da, Azərbaycan ərazisində bugünkü Ermənistan dövlətini yaratdılar.

Ermənistan 1988-ci ildən başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də ona bitişik yeddi rayonu işğal edib. Beləliklə, ölkəmizin 20 faiz ərazisi zəbt edilib, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı 11137121_10205463179931664_1415969404143541921_nhadisələridir. Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlandı. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, ermənilər evlərə od vuraraq insanları diri-diri yandırıblar.  Erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil alıb, silahlı erməni dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər.  Azərbaycanlıların soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilib. Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb.

Erməni millətçiləri sonralar da öz çirkin niyyətlərindən əl çəkmədilər. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı ilhaq edib Ermənistana birləşdirmək niyyəti ilə 1988-ci ildə başlanan işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunmuş, 1 milyondan çox azərbaycanlı doğma yurdlarından qovulub didərgin salınmış, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri və Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri komanda heyətinin əsas hissəsi milliyyətcə erməni olan keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək bəşər tarixində ən amansız müsibətlərdən biri olan müdhiş soyqırımı aktı törətmişlər. Heç bir hərbi zərurət olmadan Xocalı şəhəri tamamilə yandırılmış və məhv edilmiş, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst edilmiş, 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışlar. Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Erməni hərbçiləri vəhşicəsinə öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar.

Xocalı şəhərində və azərbaycanlıların digər yaşayış məntəqələrində törədilmiş qanlı cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktlarının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir.

Çox təəssüflər olsun ki, türk-müsəlman dünyasına ikili standartlarla yanaşan dövlətlər aşkar tarixi faktlara göz 11120583_849365148472039_905730968_n8
11160197_849363668472187_2044587351_n1 1429348433496133851_750x500 1484558_10205463435538054_3878423657763050258_n 10600411_10205463171371450_5530338374494813310_n
yumaraq erməni təbliğatına yardımçı olur. Demokratik prinsiplərə, insan hüquqlarına və azadlıqlarına, xüsusən söz və fikir azadlığına hörmətsizliyin bariz ifadəsi olan qondarma erməni soyqırımı haqda qanun layihəsinin bir çox ölkələrdə qəbul edilməsi dünyada ikili standartların mövcudluğuna dair fikirləri təsdiqləyir. Həmin ölkələr erməni uydurmalarını qəbul etdiyi halda müasir dövrdə işğalçılıq müharibəsinə və bu zaman azərbaycanlılara qarşı törədilən soyqırımına, terrora və etnik təmizləmə siyasətinə göz yumurlar. Bir neçə gün öncə dünyanın üç əsas dinindən birinin rəhbəri olaraq Roma Papasının belə qondarma soyqırımını dilə gətirməsi də bir daha təsdiq edir ki, sözdə demokratiya, insan haqları, sülh və bəşəri prinsiplərdən danışanların real mahiyyətində fərqli prinsiplər mövcuddur. Belə bir şəraitdə qəribə deyildir ki, Ermənistan Respublikası bölgədə sülhün, sabitliyin və qarşılıqlı anlaşma mühitinin bərqərar edilməsinin  tərəfdarı olduğunu sözdə bəyan etsə də, əslində, beynəlxalq hüquq normalarını və ATƏT-in təməl prinsiplərini kobudcasına pozur.

Dünya Azərbaycanlıları Konqresi ifrat erməni millətçi qruplarının və onların havadarlarının öz çirkin siyasi niyyətlərinə nail olmaqdan ötrü təşviqat vasitəsinə çevirdikləri “erməni soyqırımı” barədə yalanın ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsindən hiddətləndiyini qeyd edərək, Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin bərqərar edilməsi səylərini çətinləşdirəcək bu üzdəniraq aktın arxasında dayanan ədalətsizliyi qəbul etmədiyini bildirir. Türk Dünyası, o cümlədən Azərbaycan xalqı dünya birliyindən ikili standartlara son qoyaraq haqq və ədaləti müdafiə etməsini və 100 ildən artıqdır bölgədə fitnə-fəsad və müharibələr mənbəyi olan erməni millətçiliyinə qarşı lazımi addımlar atılmasını gözləyir.11125468_10205465655953563_565115505_n

11156869_10205465656393574_2085088004_n
11158078_10205465657673606_1082005813_n 11160135_10205465657513602_115581651_n 11166025_10205465656673581_1564125710_n

 

 

 

COP29