“Vaşinqton Post” Azərbaycanın əleyhinə yazdı. Ondan öncə nə baş vermişdi? Kerrinin iş otağında ölkəmiz əleyhinə fəaliyyət planının işləndiyinə dair xəbər yayılmışdı. Lenti bir qədər də geriyə fırladaq. “Nyu York Times” Amerika Konqresinin 89 üzvü Kerriyə məktub yazaraq, Fətullah Gülənin xahişini etdiyini yazmışdı. Daha öncə nə olmuşdu? ABŞ İŞİD-ə qarşı antiterror əməliyyatlarına başlar-başlamaz Gülən bəyanat verərək, bu əməliyyatı dəstəkləmişdi. Bu bəyanat hansı amerikan qəzetlərində reklam işarəsi ilə çap olunmuşdu? “Vaşinqton Post” və “Nyu York Times”. Lenti azacıq da geriyə çevirək. Gülənin media imamı, “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı Ərdoğanı hansı qəzet vasitəsilə Obamaya şikayət etmişdi? “Vaşinqton Post”. Bütün bunların baş tutması üçün vasitəçi olan hansı dərnək idi? “Turkish American Alliance” (Türk Amerikan Alyansı)!
Azərbaycanın illərdən bəri parasını yeyən, guya ABŞ-la Azərbaycan arasında körpü quran, ölkəmizə kabab yeməyə senator gətirib-götürən təşkilatın adı nə idi? “Turkish American Alliance” (Türk Amerikan Alyansı)!
ABŞ-dakı “Gülənist təşkilatlar” siyahısında birinci olan və “erməni soyqırımı”nı dəstəkləyən senatorlara verdiyi dəstəyə görə, tənqid olunan lobbiçi dərnək hansı idi? “Turkish American Alliance” (Türk Amerikan Alyansı)!
ABŞ Federal Seçki Komissiyasının rəsmi məlumatlarına görə, 2006-2012 illəri arasında həm Respublikaçı Partiyanın həm də Demokrat Partiyasının namizədlərinə 1,5 milyon dollardan çox hədiyyə edən Alyansın dəstək verdiyi şəxslər arasında “Türkiyəni terrorçular idarə edir” deyən Texas valisi Rick Perry də vardı.
Faruk Tabanın rəhbərlik etdiyi Türk Amerikan Alyansı əsasən Gülənin təbliğatı ilə məşğuldur. Bundan başqa qurum özünə bağlı dərnəklər vasitəsi ilə Azərbaycan kimi ABŞ-da lobbi fəaliyyəti qurmaq istəyən ölkələrin pullarını yeməklə də məşhurdur. Belə ki, bir sıra varlı azərbaycanlının ABŞ-da keçirdiyi təntənəli mərasimlərin bəzəyi olan senator və millət vəkilləri Türk Amerikan Alyansı və ona bağlı “Turquoise Council for Americans and Eurasians” adlı təşkilat tərəfindən pul ilə gətiriliblər. Fətullahçı Kamal Öksüz bu təşkilatla yanaşı Hyustonda mənzillənmiş Azərbaycanın Dostları Assambleyasının (Assembly for the Friends of Azerbaijan) başçısıdır. Assambleyanın vise-prezidenti Texas qubernatoru Rick Perry-nin bacısı Milla Perry Jones-dur.
O da qeyd olunur ki, Türkiyə əleyhinə bəyanatı konqresmenlərə imzaladan Turkish American Alliance-nin üzvü olan Öksüz Texasda yerləşən TDM Contracting şirkətinin sahibidir. Bu şirkət ABŞ-dakı Gülən məktəblərinin tikintisini maliyyələşdirib.
Öksüz də mətbuata verdiyi açıqlamada təşkilatın fəaliyyətinin Qazaxıstan, Azərbaycan və Türkiyəyə səfərlər təşkil etməkdən ibarətdir. Vayominq ştatının nümayəndəsi Dave Zwonitzer da deyir ki, onunla və daha dörd Vayominq millət vəkili ilə Mosaic Foundation adlı fəthullahçı qrup əlaqə yaradıb və Bakıya pulsuz səfər təklif edib.
Maraqlıdır ki, azərbaycanlı oliqarxlardan yaxşı pul alan fətullahçılar bir-iki avtobus konqresmenin Azərbaycana səfərini təşkil edib, Vaşinqton və Nyu Yorkda tədbirlər keçirsələr də, həmin şəxslər Azərbaycan və Qarabağ mövzusunda ciddi maarifləndirilimir. Sadəcə, toy müğənnisi kimi önünə qoyulan mətni oxuyur, daha sonra isə Konqressdə həlledici məqamlarda bir çoxu Azərbaycanın və Türkiyənin maraqlarına zidd addımlar atırlar.
Bu qədər məlumat yetər!
Gələk əsas məsələyə. Nədənsə, normal zamanlarda güllük-gülüstanlıq olan ABŞ-Azərbaycan əlaqələri, xüsusilə amerikan mediası Azərbaycanla bağlı ən kritik dönəmlərdə mövqeyini sərtləşdirir. Bir çoxları bunu erməni lobbisinin fəaliyyəti ilə əlaqələndirir. Haqlı ola bilərlər. Fəqət erməni lobbisi zatən hər zaman bizim əleyhimizə fəaliyyət göstərir. Onların xüsusi günlərə o qədər ehtiyacı yoxdur ki… Hər gün dayanmadan Azərbaycan əleyinə çalışdıqlarını azacıq ingiliscəsi olanlar öyrənə bilərlər.
Ancaq kritik zamanda gərginləşən ABŞ senatorları və ya amerikan mediasının məşhur qəzetləri “vasitəçilər”in yardımı ilə “atəşkəs”ə razı olurlar. Hər dəfəsində də ABŞ-dakı həmin bu Türk Amerikan Alyansı vasitəçilik missiyasını “uğurla” başa vurduğu üçün mükafatlandırılır.
Azərbaycan dövləti içərisindəki böyük havadarları vasitəsi ilə “qurtarıcı” elan edilən Türk Amerikan Alyansı bütün bunları “Xocaəfəndi”nin xeyir-duası ilə etdiyini bildirir. Yəni, biz sizi ABŞ-ın sərt üzündən qoruyuruq, siz də bizim “maklubəçi” cocuqlara toxunmayın. Onlara fürsət verin…
ABŞ-la problemləri qısa zamanda həll etmiş bir qurumun bu xırda istəyi gerimi çevrilsin? Kim bu qədər sürətli işləyə bilir?
Əslində isə bu bir “ŞANTAJ ƏMƏLİYYATI”dır. Öncə müəyyən edilmiş senatorlar önlərinə qoyulan mətni oxuyurlar. Sonra amerikan qəzetləri ilə irtibata keçilir və Azərbaycan əleyhinə yazılar yazılmağa başlanır. Həmin yazılar və çıxışlar Azərbaycandakı gülənist məmurlar və media tərəfindən şişirdilir. Bunun ABŞ-ın Azərbaycanda çevriliş cəhdinə hazırlaşdığına dair cəhd olduğu tezisi “Gənclik” parkındakı məşhur restoranda müxalif mətbuatla tez-tez görüşən Gülənin Azərbaycandakı media koordinatorları tərəfindən o jurnalistlərə ötürülür. Nəticədə bu yazılar və çıxışların dayandırılması üçün düyməyə basılmasının zəruru olduğuna dair qərarı əldə edirlər. Sonra? Sonra Türk Amerikan Alyansı dövriyyəyə girir və “çox çətinliklə” “Vaşinqton Post” və ağlını-fikrini ermənilərin “əsir” aldığı senatorlar doğru yola gətirilirlər.
Qısacası, sizin “ABŞ Azərbaycanı sıxışdırır” kimi gördüyünüz hal əslində, Şantaj Əməliyyatıdır.
Qısa bir sorğu aparaq. Ərdoğanı hazırda hansı amerikan media qurumu sərt şəkildə tənqid edir? “Vaşinqton Post”. Niyə? Çünki Türk Amerikan Alyansı pulunu verib, yazısını yazdırır. Və elə başa düşülməsin ki, fətullahçılar bunu edirlərsə, ABŞ-ı ayağa qaldıra bilərlər. Əsla! Onları güclü edən bizim pulumuzdur. Bizim pullarımızla əvvəl bizi söydürür, sonra “qurtarıcı” olurlar. Azərbaycan dövlətinin lobbi işlərinə baxan, bu işə milyonlar ayıranlar isə ya bunu anlamayacaq qədər sadəlöhvdürlər, ya da çoxdan Paralel Şəbəkənin əsirinə çevriliblər. Təəssüf ki, bizdə bəziləri komforta-əyləncəyə düşkündürlər, onlar da bunu videoya çəkməyə…
Bu səbəbdən də “Vaşinqton Post”u susdurmaq yerinə, başqa kanallarla o yazını yazanla Türk Amerikan Alyansının əlaqələrini araşdırıb, həmin yazının Gülənin mətbəxində hazırlandığını ortaya qoymaq çox asandır. Təbii ki, Gülənin azərbaycanlı müridləri imkan versə…
Qeyd: Türk Amerikan Alyansının dəvətiylə, 2013-cü ildə Gülənin Azərbaycan imamı və fətullahçıların beyin mərkəzi olan Qafqaz Universitetinin Rəyasət Heyətinin sədri Ənvər Özərən və Gülənə bağlı TUSİAB-ın və TUSKON-un xeyir-duası ilə yaradılan “İpəkyolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin sədri Rəşid Çulaqov ABŞ-a səfər etmişdilər.
***
Bitmədi… Ötən yazılarımızdan birində Gülənin Azərbaycan imamı Elnur Aslanovun “Azərbaycanın Saakaşvilisi” olması üçün hazırladıqlarını yazmışdıq. Son məlumatlara görə, Elnur Aslanovu təhsil adı altında iki illik ABŞ-a aparmaq üçün çalışırlar. Bunun üçün bir neçə dəfə cəhd olsa da, Elnur Aslanov icazə alaraq getməyə üstünlük verib. Çünki əks halda İxtiyar Hüseynli, Fərhad Məmmədov kimi kadrlarının “yanması” və “asi” elan edilməsi gündəmə gələ bilər. Ən yaxşısı, icazə alaraq, Rauf Hüseynov, Rza İbadov kimi təhsil adı ilə ölkəni tərk etmək ki, qayıdarkən problem olmasın. İki gündən bir Fərhad Məmmədov və digər kadrları ilə “Torqovı”da görüşüb, AJDA Pekkan “dinləyən” Aslanovla bağlı İstanbulda da maraqlı söhbətlər dolaşmaqdadır. Azərbaycanda haqqında guya ölkədən çıxmaq qadağasının olduğu yazılan (“Çağ Öyrətim” məktəblərinin bağlanmayıb, “İstək”ə çevrilməsinə rəğmən “məktəbimiz bağlandı” vay-şüvəni edildiyi kimi) Elnur Aslanovun tez-tez İstanbulda olduğu bildirilir. Ataşəhərdə, anası Rəbiyyət Aslanovanın sonuncu həyat yoldaşı İlham Rəhimovun aldığı villada tez-tez buradakı adamları ilə görüşdüyü bildirilir. O da qeyd olunur ki, Prezident Aparatından “vurulması” gözlənildiyinin əksinə olaraq işinə yarayıb. Belə ki, PA-da daim nəzarətdə olan Elnur Aslanov yeni iş yerində tamamilə nəzarətsizdir. İşə gəldi-gəlmədi, dəyib-dolaşan yoxdur. Bu səbəbdən də bütün fəaliyyətini Gülənin gənclər qoluna həsr edib. Yəni, Gülən zamanında dövlətdən maaş alıb, dövlət əleyhinə çalışdığı kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən maaş alsa da, Aslanovu görən yoxdur.
Aqil ƏLƏSGƏR