Dubay əmiri Şeyx Maktumun təşkilatının başına Bakıda kimlər hansı oyunları açdılar? – Araşdırma

39828Azərbaycan ərəb ölkələri ilə yeni bir səhifə açır. Təməli eks-prezident Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Ərəb ölkələri əlaqələri daim Azərbaycanın xeyrinə olub. Belə ki, I Qarabağ savaşında Azərbaycana ərəb ölkələrinin humanitar yardımı danılmazdır. Eyni zamanda Ermənistanı təcavüzkar olaraq tanıyan, onunla heç bir rəsmi əlaqə qurmayan da məhz ərəb ölkələridir.

Bu ölkələrlə əlaqə nəzərə çarpmasa da, müntəzəm olaraq davam edib. Elə son bir ayda yaşananlar da bunun göstəricisidir. Öncə Birləşmiş Ərəb Əmirliklərinin şahzadələri, ardınca BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri, Şeyx Muhammad bin-Rashid Al-Maktum Azərbaycana səfərə gəldi. Aprelin 5-də isə Azərbaycan prezidenti İlham Əliyev xanımı üç övladı ilə birlikdə başqa bir ərəb ölkəsinə – Səudiyyə Ərəbistanına səfər etdi və Səudiyyə kralı Salman ibn Abduləziz İlham Əliyevi paytaxt Ər-Riyaddakı sarayında qarşıladı. Prezident müqəddəs Kəbəni və Mədineyi-Münəvvərəni ziyarət etdi. İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli, Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri İbrahim Əl Assaf, Ticarət Palataları Şurasının sədri Əbdülrəhman Əl Zamil, neft və minerallar naziri Əli Əl Naimi ilə görüşlər və İslamiada oyunları ilə bağlı bağlanan saziş göstərdi ki, yaxın illərdə Azərbaycanda ərəb qonaqlarla daha çox rastlaşacağıq.

39832İlham Əliyevin ərəb dünyası ilə yaxınlaşması bir çoxlarını narahat etməyə bilməz. Azərbaycanın Səudiyyə və BƏƏ kimi böyük və güclü müttəfiqlər tapması başda İran olmaqla Azərbaycanın əksər düşmənlərini ciddi narahat etməkdədir. Bu müttəfiqliyin pozulması üçün də həm daxildən, həm də xaricdən ciddi zərbələrin olacağı gözlənilir. Fəqət bu əlaqələrin 20 ildən bəri qorunmasında müstəsna rolu olan təşkilatlar da az deyil. Onlardan biri də “Darül Bir” Xeyriyyə Cəmiyyətidir.

Təşkilatın rəsmi məlumatında deyilir ki,

“1978-ci ildə, Birləşmiş Ərəb Əmirlikləri dövlətində Əmək və Sosial Məsələlər Nazirliyinin 23/78 saylı sərəncamı ilə təsis edilən “Darül Bir” Xeyriyyə Cəmiyyəti  xeyriyyəçilik fəaliyyəti həyata keçirir. Birləşmiş Ərəb Əmirlikləri dövlətinin vitse prezidenti, eyni zamanda Baş nazir və Dubay şəhərinin meri olan zati-aliləri Şeyx Muhəmməd ibn Raşid Al Maktum tərəfindən təsdiq edilmiş idarə heyəti sözügedən cəmiyyətə rəhbərlik edir. Xeyriyyəçiliklə məşğul olmaq istəyən insanların, müəssisə və təşkilatların kömək məqsədi ilə öz büdcələrindən ayırmış olduqları maddi yardımları aztəminatlı ailələrə, valideynini itirmiş uşaqlara çatdırmaq və bununlada insanların rifah hallarının yaxşılaşdırılmasına öz töhfəsini vermək məqsədi daşıyan “Darül Bir” Xeyriyyə Cəmiyyətinin böyük önəm verdiyi dəyərlər arasında dürüstlük, əmin-amanlıq, təmizlik, şəffaflıq, yüksək səviyyəli iş və gözəl davranış ön sırada yer alır.

Birləşmiş Ərəb Əmirliklərinin hüdudlarından kənarda “Darül Bir” Xeyriyyə Cəmiyyətini təmsil edən nümayəndəliklərdən biri də, sözügedən cəmiyyətin Azərbaycan Respublikasında fəaliyyət göstərən “Darul-Bir Xeyriyyə Cəmiyyətinin Azərbaycan şöbəsi”dir. Qeyd olunan şöbə 1994-cü ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində açılmışdır. Cəmiyyət Bakıda fəaliyyətə başladığı gündən etibarən Azərbaycan hökuməti, xüsusən Azərbaycan Respublikası Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə birgə çalışaraq dəyərli Azərbaycan xalqının xidmətində durmuş və öz köməyini heç zaman əsirgəməmişdir. 2007-ci ildən etibarən “Darül Bir” Xeyriyyə Cəmiyyəti aztəminatlı ailələrin himayəyə götürülməsi layihəsi çərçivəsində Azərbaycan Respublikasının aztəminatlı ailələrinə də yardım göstərir”.

Dar Al Ber for Dubai Municipality at Sheik Saeed RaodAzərbaycan Respublikası Nazirlər Kabineti ilə sıx əməkdaşlıq edən Cəmiyyətin bir neçə il öncə Dubay Əmirliyinin Azərbaycan vətəndaşlarına qarşı tətbiq etdiyi giriş qadağasının götürülməsində də müstəsna rolu var.

Gəl gör ki, 1994-cü ildən bəri Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərinin qeyri-rəsmi təmsilçisi kimi çıxış edən “Darül Bir” Xeyriyyə Cəmiyyəti ərəb ölkələri, xüsusilə də Şeyx Maktumun ölkəmizə səfəri zamanı 20 illik ofisini bağlamaq məcburiyyətində qalıb.

 

Vergidən azad olan Cəmiyyətin başına gələnlər…

Hadisənin tarixçəsi belədir. QHT-lərlə bağlı qanun dəyişikliyindən sonra Vergilər Nazirliyinin əməkdaşları  “Darül Bir” Xeyriyyə Cəmiyyətinin də qapısını döyüblər. Nazirlər Kabinetinin qərarı ilə xeyriyyə işləri ilə məşğul olduqları üçün vergidən azad olan təşkilat bütün sənədlərini Vergilər Nazirliyinə təqdim edib. Lakin baş nazirin müavini Əli Həsənovun imzası ilə göndərilən məktub da daxil olmaqla heç bir sənəd Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentini qane etməyib. Qısacası, Azərbaycanda beş minə yaxın uşağa yardım üçün Birləşmiş Ərəb Əmirliklərindən göndərilən 280 min dollar pul cəzası olaraq, Vergilər Nazirliyinin hesabına yönləndirilir və açılan cinayət işinə xitam verilir.

09fb9dbb9c3c71fa07d2eb7619c5dc1dBakı şöbəsi iki ölkə arasında əlaqələrin gərginləşməməsi üçün bu barədə məlumatı mərkəzə, yəni Şeyx Məktumun təyin etdiyi idarə heyətinə açıqlamağın yollarını axtararkən, ikinci zərbəni alır. Bu dəfə isə Vergilər Nazirliyinin Audit Departamenti tərəfindən yoxlama açıldığı xəbəri verilir. Audit Departamentinin rəhbərliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin bu barədə çıxardığı qərarı tanımadığını bildirərək, Cəmiyyəti ağır sınaq qarşısında qoyub. Ya Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin kəsdiyi cərimə məbləğində Audit Departamentinin də cərimə kəsilməsinə səs çıxarılmayacaq və növbəti yetim pulu Vergilər Nazirliyinin hesabına köçürüləcək, ya da Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin aylarla apardığı cinayət işini bu dəfə Audit Departamenti aparacaq.

“Bank Technique”nin özbaşınalığı…

texnika“Darül Bir”in başına gələnlər sadəcə vergilərlə yekunlaşmır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən istintaqa xitam veridiyinə və bank hesablarına qoyulan həbsin götürülməsinə dair sənədlərinə rəğmən “Bank Technique” pul çəkməyə icazə vermir. Hazırda Cəmiyyətin bu bankdakı hesabında azərbaycanlı yetim və yoxsul uşaqlara paylanması nəzərdə tutulan 390 min dollar olmasına rəğmən bank bu pulu verməkdən imtina edir.

Maraqlı fakt bundadır ki, “Darül Bir”in Bakı ofisinə bu pulu verməkdən imtina edən bank geriyə göndərməkdən də imtina edir. Belə ki, cəmiyyət məktub yazaraq, “pul bizə ödənmədiyi halda geri qaytarın” tələbini banka bildirsə də, bank hər iki hərəkətdən imtina edir. Bir sözlə, bank da yetim puluna mədəni şəkildə “çöküb”.

Bütün bunları Dubaya-mərkəzə bildirdikdən sonra Cəmiyyət Bakı Ofisini bağlamaq-bağlamamaq məsələsini müzakirə edir. İlk addım olaraq da, Cəmiyyətin 20 ildən bəri fəaliyyət göstərən ofisi bağlanıb. Hazırda isə hüquq savaşı davam etməkdədir. Bir tərəfdən Vergilər Nazirliyi, digər tərəfdən “Bank Technique” Azərbaycanda ən uzunömürlü ərəb cəmiyyətinin axırına çıxmaqdadırlar… Ərəblər hələ də anlamaqda çətinlik çəkirlər ki, illərlə sırf xeyriyyə fəaliyyəti ilə məşğul olan və bu münasibətlə Azərbaycan Dövlətindən dəfələrlə təqdirnamələr alan Bakı Ofisi nəyin cəriməsini ödəyir?

Əlbəttə, inkişaf edən ərəb ölkələri ilə münasibətlərin fonunda bu fakt çox çirkin görünür. Bu çirkinliyin səbəbkarları hadisənin Şeyx Maktuma məruzə edildiyi zaman Azərbaycan-BƏƏ əlaqələrinə necə bir zərbə vurduqlarını təxmin edirlərmi? Dünyanı çalxalayan krizisdən Azərbaycanı az zərərlə qurtarmağa çalışan İlham Əliyevə bu arxadan vurulan zərbə deyilmi? İki ölkə arasında 20 ildən bəri önəmli körpü rolunu oynayan təşkilatın vergi və bank terroruna məruz qalması, mətbuatda imajının zədələnməsi diplomatik skandal səbəbidir. Lakin Cəmiyyət hələ də bu yanlışların aradan qaldırılacağına inanır. İnşallah ümid sonda ölməz…

 

Bu ofis artıq yoxdur:

11035303_10205184218517803_145548336314756313_n

 

Aqil ƏLƏSGƏR

Yenicag.az

COP29